Azərbaycanın maşın bazarında qiymətlər bahalaşdı
12:01 26-02-2015
İQTİSADİYYAT
Azərbaycanın maşın bazarında qiymətlər bahalaşdı
Yapon nəhənglərinin qiymətləri olduğu kimi qalır
Azərbaycan avtomobil bazarında manatla satılan maşınların qiymətində ciddi artım müşahidə olunur. "Toyota", "Hyundai", KİA, "Cehvrolet" brendlərinin Azərbaycandakı rəsmi distribüterlərindən verilən məlumata görə, avtomobillərin qiymətinin artırılmasına səbəb nəqliyyat vasitələrinin xarici ölkədən dollarla alınıb gətirilməsi və Azərbaycanın milli valyutasının ucuzlaşmasıdır.
Distribüterlərin məlumatına görə, modelindən və markasından asılı olaraq avtomobillərin qiyməti 30-40% artıb. "Mercedes-Benz" brendinin Azərbaycanda minik avtomobilləri üzrə rəsmi dileri olan "AutoStar Kaukasus" şirkətindən bildirblər ki, manatın devalvasiyasına baxmayaraq, şirkətin anbarında mövcud olan avtomobil və ehtiyat hissələrinin qiymətlərində heç bir dəyişiklik yoxdur. Lakin "AutoStar Kaukasus"dan manatın devalvasiyasından sonra sifariş olunan və ya gətirilən avtomobil və ehtiyat hissələrinin qiymətinin avronun manata qarşı məzənnəsinə uyğun olaraq hesablanacağını da qeyd ediblər.
Azərbaycanda ən çox satılan avtomobillərin manatın ucuzlaşmasından sonra rəsmi diler və avtomobil bazarının iştirakçıları tərəfindən müəyyənləşdirilmiş qiymətlərini təqdim edirik (oxu.az):
"Hyundai Azərbaycan":
"Hyundai Sonata": köhnə qiyməti 26 900 AZN, yeni qiyməti 34 900 AZN
"Hyundai Accent": köhnə qiyməti 16 500 AZN, yeni qiyməti 18 200 AZN
"KİA Motors":
"KİA Optima": köhnə qiyməti 27 900, yeni qiyməti 34 900 AZN
"Toyota Bakı Mərkəzi":
"Toyota Corolla": köhnə qiyməti 21 900 AZN, yeni qiyməti 23 000 AZN
"Mercedes-Benz"-in qeyri rəsmi qiyməti: "Mercedes E 200": köhnə qiyməti 52 000, yeni qiyməti 68 000 AZN
"BMW"-nin qeyri rəsmi qiyməti: "BMW 528": köhnə qiyməti 70 400 AZN, yeni qiyməti 92 500 AZN
"Chevrolet-in qeyri rəsmi qiyməti: "Chevrolet Aveo": köhnə qiyməti 15 450 AZN, yeni qiyməti 18 270 AZN
Bu arada məlum olub ki, yapon nəhəngləri - Mitsubishi, Honda, Mazda və Subaru brendlərinin rəsmi distribüterində qiymətləri dəyişilməz olaraq qalır. "Biz təəssüf edirik ki, manatın məzənnəsinin dəyişməsi ilə bağlı olaraq, bəzi fürsətçillər hətta anbarlarında olan məhsulların qiymətlərini də artırıblar" - rəsmi təmsilçidən belə deyiblər.
Rəsmi distribüterdə bu brendlərin əsas modellərinin qiymətlərini diqqətinizə çatdırırıq:
Mitsubishi Mirage- 11 900 AZN
Mitsubishi Attrage- 12 500 AZN
Mitsubishi Pajero- 31 900 AZN
Mitsubishi ASX- 21 900 AZN
Honda Accord- 26 900 AZN
Honda CR-V- 28 500 AZN
Honda City- 17 500 AZN
Mazda3- 20 900 AZN
Mazda6- 25 900 AZN
Mazda CX-5- 23 900 AZN
Subaru XV- 22 900 AZN
Subaru Forester- 23 900 AZN
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05