Cəmiyyət passivdir, yoxsa müxalifətə inam yoxdur...
10:28 03-03-2015
İQTİSADİYYAT
Cəmiyyət passivdir, yoxsa müxalifətə inam yoxdur...
Seçki ili olsa da, ölkədə bir passivlik hökm sürür. Xüsusən də müxalifət düşərgəsində hər hansı bir hərəkətlilik yoxdur.
Məsələ ondadır ki, müxalifət belə bir vəziyyətdə əsas gətirir ki, cəmiyyətin özü passivdir. Amma fakt odur ki, cəmiyyət artıq bu düşərgədən bezib və onların arxasınca getmək istəmir.
"Unikal"a açıqlama verən İctimai Tədqiqatlar mərkəzinin rəhbəri, tanınmış siyasi şərhçi İlqar Altay ölkədəki siyasi passivliyi və müxalifətin hərəkətsizliyinin səbəblərini göstərib: "Çünki ictimai-siyasi məkanımız durğunluqdadır. Fəaliyyət göstərən yalnız iqtidardır ki, o da dövlət idarəçiliyi ilə məşğuldur.İqtidarın əsas opponentləri- müxalifət isə görünmür. Seçki siyasilərin yarış rinqi, meydanıdır. İqtidar çıxıb rinqə, meydan sulayır, onun rəqibləri isə məşq otağında bir-biri ilə vurhavur savaşındadır.Zaldakı camaat, azarkeşlər isə oturub gözləyir. Sonra da deyirlər ki, xalq müxalifəti dəstəkləmir. Xalq müxalifətin üzünü görur ki, hansısa siyasi yarışın şahidi olur ki, kimisə dəstəkləsin? Ona görə də hər hansı bir aktivlik yoxdur və müxalifətə dəstəkdən isə ümumiyyətlə, söhbət gedə bilməz".
Bu barədə fikirlərini "Unikal"la bölüşən ASDP sədri Araz Əlizadə öncə rəhbərlik etdiyi partiyanın seçki hazırlığından danışıb: "Seçki ili olsa da, indidən seçkiyə hazırlığa başlamağı məqsədəuyğun hesab etmirik. Əgər əvvəllər təcrübəmiz az idisə, indi vəziyyət fərqlidir. Çünki dəfələrlə seçkilərdə iştirak etdiyimiz üçün kifayət qədər təcrübə toplamışıq. Ancaq bizim siyasi təşkilatlar seçkiyə xeyli qalmış hızırlıqlara başlayırlar. Bu mənim yadıma Mirzə Ələkbər Sabirin "Çırmanırıq keçməyə çay gəlməmiş" misrasını salır. Seçkiyə üç ay qalmış fəaliyyətə başlayarlar. İndidən hərəkətə keçməyin mənasını görmürəm. Amma seçkiyə daim hazır olmalıyıq. Hazırda seçki əhval-ruhiyyəsi hiss olunmur. Bir məsələni də deyim, Azərbaycandakı seçkilərlə bağlı ən böyük problem insanların öz talelərinə biganəliyidir. İnsanlar seçkiyə getmirlər, inanmırlar ki, seçki vasitəsi ilə nəyisə dəyişə bilərlər. Ən böyük problemlərdən biri də seçki günündə insanları evlərindən çıxarıb seçki qutularının yanına gətirməkdir. İnsanlar müxalifətə də, iqtidara da eyni gözlə baxır. Çünki insanların yadlarına gəlir ki, müxalifətin əsas nümayəndələri keçmiş AXC üzvləridir. 1992-ci ildə Əbülfəz Elçibəy prezident seçilərkən seçkinin necə saxtalaşdırıldığı hamının yadındadır. Ona görə də insanlar belə qərara gəlirlər ki, onlar da saxtakardır, bunlar da... Belə olan təqdirdə də heç bir tərəfə inanmırlar".
A.Əlizadə onu da qeyd edib ki, Azərbaycan siyasətinin bir problemi var, o da yeni simaların ortaya çıxmamasıdır. Partiya sədrinin sözlərinə görə, yeni qüvvələr gəlmir, siyasətçilər arasında gəncləşmə getmir, yeni simalar olmadığına görə seçicilər proseslə o qədər də maraqlanmırlar: "Vaxtiylə öz peşəsində uğur qazana bilməyən bir çox insanlar siyasətə gəldilər, indi də siyasətdən getmək fikirləri yoxdur. Ona görə də yeni simalar ortaya çıxmır. Bununla yanaşı, bu gün gənclərdə siyasətə həvəs yoxdur. Çünki bilirlər ki, əgər siyasətə getsələr, peşə karyerasında yüksələ bilməyəcəklər. Mənim fikrimcə, öz peşə karyerasında uğur qazanan insanlar bir gün başa düşəcəklər ki, bir az vətən üçün də işləmək lazımdır. Bax, o zaman siyasətə gələcəklər".
Qərib Gərazadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05