Şahin Mustafayev yoxlamalara görə tənqid hədəfində
15:44 06-03-2015
İQTİSADİYYAT
Şahin Mustafayev yoxlamalara görə tənqid hədəfində
Onun nazirliyinin marketlərdə apardığı təftiş qanunsuz imiş!
Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadiyyat və Sənaye Nazirliyi milli valyutanın inzibati devalvasiyasından sonrakı səhərdən başlayaraq "qiymətlətin süni şişirdilməsi və istehlakçıların aldadılması" ilə məşğul olan pərakəndə satış obyektlərinin cəzalandırılması barədə məlumatlar yayır. Amma Mustafayevin nazirliyinin bu cür yoxlamalarının qanuniliyi ilə bağlı ciddi şübhələr ortaya çıxıb.
Məsələn, iqtisadçı ekspert Qubad İbadoğlu qeyd edib ki, pərakəndə satış məntəqələrinə qarşı "səlib yürüşü" üçün hüquqi əsas yoxdur: "Antiinhisar fəaliyyəti haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlarda nəzarət edən dövlət orqanlarının pərakəndə satış məntəqələrində bu cür monitorinqlər keçirməsinə icazə verən norma yoxdur. Hətta belə bir norma olsa da bu, bazarda hökmran mövqeyə malik olan iri şirkətlərə qarşı tətbiq olunmalıdır.
"Hazırda kiçik və orta ölçülü ticarət şəbəkələri bu təzyiqin "ilk qurbanları"na çevrilirlər. Belə davam edəcəyi halda növbəti "qurbanlar" istehlakçılar olacaq, onlar mal qıtlığından əziyyət çəkəcəklər. Odur ki, qiymətlərin liberallaşdırılması istiqamətində hökümətin öhdəliklərinə zidd olaraq dövlətlə bazar arasında bu mənasız qarşıdurmanın dayandırılmasını tövsiyə edirəm. Təklif edirəm ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti idxal qiymətləri ilə topdansatış və pərakəndə satış qiymətlərinin fərqini aşkarlamaq üçün monitorinqlər aparsınlar və nəticələri mətbuatda dərc etsinlər. Onda görəcəyik ki, gömrükdən çıxan qiymətlə ticarət şəbəkələrinə daxil olan qiymətlər arasında dəfələrlə fərq vardır".
Beləliklə, ekspertlər yekdil fikirdədir ki, istehlak bazarında qiymətlərin stabilləşməsi üçün digər tənzimləyici tədbirlər sırasında idxal və topdansatış ilə məşğul olan şirkətlərə təzyiqlər göstərmək lazımdır, onsuz da vergi qurumlarının "hədəfində" olan pərakəndə satış obyektlərinə yox.
Şahin Mustafayevin nazirliyinin bu iddialara münasibətini bilmək isə maraqlı olardı. Hər halda görünən odur ki, onun rəhbərlik etdiyi qurum əksər hallarda müəyyən iri məmurlar tərəfindən himayə olunan idxal və topdansatış obyektlərini təftiş etməkdən yayınaraq, pərakəndə satıcıları "divara dirəyərək" gözdən pərdə asmağa çalışır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05