Nazir "Aqrolizinq"in sədrini cəzalandırdı
11:41 07-03-2015
İQTİSADİYYAT
Nazir "Aqrolizinq"in sədrini cəzalandırdı
Heydər Əsədov daha 6 rayonun aqroservis
filiallarının rəhbəri barədə ciddi tədbir görəcək
Kənd Təsərrüfatı Nazirliyində 2014-cü ildəki fəaliyyət və qarşıda duran vəzifələrə həsr olunan respublika müşavirəsi keçirilib.
Müşavirədən öncə kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərin suallarını cavablandırıb. O, nazirliyin təşkil etdiyi yarmarkalarda təklif edilən məhsulların qiymətinin digər satış nöqtələrindəki məhsullarla müqayisədə baha satıldığına münasibət bildirib. Heydər Əsədovun sözlərinə görə, bu, heç də doğru iddia deyil: "Mən yarmarkalardakı məhsulların baha olması fikri ilə razılaşmıram. Qiymət məsələsini manatın məzənnəsinin dəyişməsi kimi primitiv amillə əsaslandırmamaq məsləhətdir. Ötən ilin statitikasına nəzər salsanız, manatın kursu dəyişməmişdən öncəki müvafiq dövrlə müqayisədə mal əti, qoyun əti, şabalıq, kartof kimi məhsullaırn qiymətinin ucuzlaşdığını, soğanın qiymətinin isə stabil qaldığını görəcəksiniz. Yalnız qurudulmuş meyvələrdə müəyyən qədər artım olub. Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının qiyməti tsiklik xarakter daşıyır, havadan, quraqlıqdan asılı olaraq qiymət dəyişmələrinin baş verməsi labüddür".
Heydər Əsədov deyib ki, bu günlərdə ölkəyə Avropa istehsalı olan 200 kombayn gətirilib: "10 gün ərzində bölgüsünü təşkil edəcəyik. Sual oluna bilər ki, tələbat yoxdursa niyə yeni kombaynlar alınır. Bəzi yerlərdə tələbatın tam ödənilməsinə baxmayaraq, tələbat həcmi daha çox olduğu üçün biçin zamanı süni qiymət artımına cəhd olunmuşdu. Biz yeni kombaynlar gətirib tələbdən artıq təklif yaradaraq çalışacağıq ki, bu il süni qiymət artımına da yol verilməsin".
Nazir kənd təsərrüfatı ili çərçivəsində qlobal işlərin planlaşdırıldığını da vurğulayıb: "Kənd təsərrüfatı ili çərçivəsində təkcə "Yaşıl marketlər"in yaradılması deyil, qlobal tədbirlərin görülməsi planlaşdırılır. Tərəfimizdən 52 maddədən ibarət tədbirlər planı hazırlanıb. Aidiyyəti dövlət qurumları ilə müzakirəsi bitib, bu günlərdə Nazirlər Kabinetinə təqdim olunacaq".
"Aqrolizinq" ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunan müşavirədə kənd təsərrüfatı naziri Heydər Əsədov fəaliyyətində nöqsanlara yol verən cəmiyyətin bir neçə əməkdaşını cəzalandırıb. Nazir "Aqrolizinq" ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədova xəbərdarlıq, İdarə Heyətinin sədr müavini Aydın Əzizova şiddətli töhmət elan edib.
Bununla yanaşı, cəmiyyətin aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri və səkkiz rayonun aqroservis filiallarının rəhbəri tutuğu vəzifədən azad olunub.
Altı rayonun aqroservis filiallarının rəhbərləri barədə müvafiq araşdırma aparılandan sonra daha ciddi tədbir görüləcək.
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53