Putin Krım əməliyyatının sirlərini açıb-tökdü
10:02 11-03-2015
İQTİSADİYYAT
Putin Krım əməliyyatının sirlərini açıb-tökdü
Rusiya prezidentinin "Avrasiya İttifaqı" projesi ilə bağlı yeni addım
16 mart tarixi Rusiyanın ən yeni tarixinə Krımın ilhaq olunması kimi yazılıb. Krım yarımadasında yaşayanlar bölgənin Rusiya tərəfindən ilhaqının ildönümünü qeyd etməyə hazırlaşırlar.
Yerli əhali arasında mart hadisələrinə münasibət müxtəlifdir. Kimi bunu Ukraynadan ayrılma, kimi isə Rusiyaya qovuşma adlandırır. Krımın lideri Sergey Aksyonov iddia edir ki, bölgənin Ukraynanın tərkibindən çıxması yarımadaya yalnız müsbət dəyişikliklər gətirib.
"Krım Respublikası"nın başçısı Sergey Aksyonovun sözlərinə görə, indiki vəziyyətdə əhalinin 90 faizdən çoxu ötən ilin martında baş verənləri dəstəkləyir. Mənim şəxsən buna dair heç bir şübhəm yoxdur. Xarici jurnalistlərə də deyirəm. Buyurun istədiyiniz vaxt gözlənilməz şəkildə küçəyə çıxın, insanları dindirin, görün baş verənlər barədə nə deyirlər".
Krım sakinləri arasında ilhaq məsələsinə münasibət birmənalı deyil. Bəziləri dəyişikliklərin müsbət olduğunu nizam-ntizamın artdığını deyir. Digərləri isə qiymətlərin artımından, iqtisadi vəziyyətin pisləşməsindən gileylənir.
Qeyd edək ki,Rusiyayla birləşməyə dair referendum Krım və Sevastopolda ötən ilin martın 16-da keçirilib. Referendumun qəbul olunmasından 2 gün sonra Rusiya duması yarımadanın Rusiyanın inzibati subyektləri sırasına daxil edilməsi haqqında qanun qəbul edib.
Krımın ilhaqının ildönümü ərəfəsində "Rusiya 1" telekanalı Andrey Kondraşovun çəkdiyi "Krım- Vətənə Yol" adlı sənədli filmini nümayiş etdirəcək. Filmdə dövlət başçısı Vladimir Putin Krımın Rusiya tərkibinə qaytarılması ilə bağlı keçirilən əməliyyatdan danışacaq.
Xarici KİV-in məlumatına görə, tezliklə göstəriləcək ekran əsərində Putin Ukraynanın eks prezidenti Yanukoviçin unikal xilasetmə əməliyyatından danışır. Aydın olur ki, Ukrayna prezidenti məhz Krımdan xilas edilir. Ora çatanacan isə həyatını saxlamaq üçün qeyri adi marşrut keçir. "Mən xüsusi xidmət orqanları rəhbərlərini, həmçinin Müdafiə Nazirliyinin rəhbərlərini Kremlə dəvət etdim və onların qarşısında Ukrayna prezidentinin həyatını xilas etmək məsələsini qoydum. Yoxsa, onu məhv edərdilər. Orada böyuk kalibrli pulemyotlar qoyulmuşdu"- deyə Putin müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, ötən il fevralın 22-dən 23-nə keçən gecə idi və biz səhər saat 7 radələrində əməliyyatı bitirdik. Mən ayrılanda yoldaşlara dedim: "Biz Krımın Rusiya tərkibinə qaytarılması üçün işə başlamağa məcburuq".
Filmdə Krımın ilhaqı barədə də danışan Putin "Xalq istəsə idi biz ərazini Ukrayna tərkibində saxlayardıq"- deyib.
Putinin müsahibəsindən başqa yüzlərlə Krımlının danışığı, Krım əməliyyatının incəlikləri filmdə unikal kadrlarla əks olunub.
Bu arada məlum olub ki, Qazaxıstan, Rusiya və Belarus prezidentləri Nursultan Nazarbayev, Vladimir Putin və Aleksandr Lukaşenko martın 13-də Astanada üç tərəfli görüş keçirəcək.
Ermənistan prezidenti Serj Sarkisyanın görüşə dəvət edilməməsi erməni mətbuatında ciddi narahatçılıq yaradıb.
"Prezidentlər dünya iqtisadiyyatında meyllərin inkişafını, həmçinin Ukraynadakı vəziyyəti müzakirə edəcəklər", - deyə məlumatda bildirilir. Bu cür önəmli məsələdən Ermənistan liderinin kənarda qalması erməni KİV-lərinin diqqətindən yayınmayıb.
"Avrasiya İttifaqının yaradılmasından sonra, məntiqə görə, bu cür görüşlər Avrasiya İttifaqının çərçivəsində keçirilməlidir", - deyə tanınmış erməni portalı "Lragir" vurğulayır.
Erməni mətbuatı Serj Sarkisyanın görüşə çağrılmamasının sirri üzərində baş sındırır və müxtəlif versiyalar irəli sürür. Amma bu məsələnin bir səbəbi var. Vladimir Putin ermənilərə, o cümlədən prezident Serj Sarkisyana inanmır. Təbii ki, Rusiya üçün çox vacib olan Ukrayna məsələsinin müzakirəsinə buraxmır, yəqin Serjin Moskvaya xəyanət edərək Qərbin tərəfinə keçməsindən qorxur. Hər halda, Serj Sarkisyanın yetirməsi olduğu Azərbaycana nə cür xəyanət etdiyini Moskvada hələ də unutmayıblar.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59