Əli Kərimlinin başına kimlər yığışacaq?
10:32 12-03-2015
İQTİSADİYYAT
Əli Kərimlinin başına kimlər yığışacaq?
15 mart mitinqi AXCP və Milli Şura üçün növbəti fiasko olacaq
Məlum olduğu kimi, Milli Şura martın 15-də Yasamal rayonundakı keçmiş "Məhsul" stadionunda ölkədəki qiymət artımına etiraz olaraq mitinq keçirmək barədə qərar qəbul edib.
Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub. Hələki mitinqlə bağlı müraciətə cavab verilməyib. Lakin ortada bir həqiqət var ki, Milli Şuranın bu mitinqi AXCP sədri Əli Kərimlinin özünü təsdiqi üçün planlanıb. Eyni zamanda, bununla Əli Kərimli xaricdəki havadarlarının sifarişini yerinə yetirmiş olur. Əslində, bu həqiqət Azərbaycan cəmiyyətinə bəllidir. Elə ona görə də nə seçkilərdə, nə də bu kimi etiraz aksiyalarında AXCP, eləcə də digər rakdikal müxalifət qüvvələrinə dəstək vermir. Çünki xalqı bir dəfə aldatmaq olar, növbəti dəfə artıq insanlar bu qüvvələrin xislətini bildikləri üçün arxalarınca getmirlər. Əli Kərimli kimi radikal müxalifət nümayəndələri isə dəfələrlə insanlara yalan vədlər verməklə hamını özlərindən iyrəndiriblər. Ona görə də nəinki xalq, heç siyasi təşkilatlar da Milli Şuranın mitinqinə dəstək verməyəcək.
"Unikal"ın məlumatına görə, Müsavat Partiyası Divanının sonuncu toplantısında Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqdə iştirakla bağlı məsələ də müzakirə olunub. Müsavat başqanının müavini Elman Fəttah bizimlə söhbətində deyib ki, bununla bağlı partiya qərar verməyib: "Hər bir müsavatçı mitinqə qatılıb-qatılmamaqda sərbəstdir. Milli Şura mitinqi özü təyin edib və mitinqdə iştirak etmək üçün heç bir partiyaya müraciət etməyib. Ona görə də, mitinqdə iştirakla bağlı heç kimə tapşırıq vermirik, bunu üzvlərin öz öhdəsinə buraxırıq. Kim istəsə mitinqə qatıla bilər".
"Unikal"a açıqlama verən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədr müavini Eldar Orucov bildirib ki, Milli Şuranın 15 mart mitinqinə cəmiyyətdən heç bir reaksiya olmayacaq. Onun sözlərinə görə, xalq heç vaxt onları dəstəkləməyib, bundan sonra da dəstəkləməyəcək: "Artıq xalq müxalifətdən bezib və onların içlərini bilirlər. Mitinqə gələnlər də ancaq özləri olacaq, bir də 3-5 nəfər tərəfdarları olacaq. Yəni, yenə də meydanda tək qalıb biabır olacaqlar". E.Orucov onu da nəzərə çatdırıb ki, Azərbaycan gəncliyi Milli Şuranın mitinqinə dəstək verməyəcək. "Hesab edirəm ki, Azərbaycan gəncliyi həmin mitinqə qatılmayacaq. Çünki qatılmaqlarının heç bir mənası yoxdu.Milli Şuradakıların özləri də bilirlər ki, gənclərdən onları dəstəkləyən olmayacaq. Yəni, bu mitinq Milli Şura üçün fiasko olacaq.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqin sifarişi xaricdən gəlib. Onun fikrincə, bu mitinqin heç bir əsası yoxdur: "Çünki manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar bunun zəruri tərəflərinin nədən irəli gəlməsi, xeyirli tərəflərinin nədən ibarət olması ilə əlaqədar cəmiyyətə kifayət qədər informasiya verildi. Milli Şura adlanan ölü bir qurum özünün mövcud olmasını göstərmək üçün belə addımlar atır. Deyirlər ki, tikilən stadiona və yaxud da yolların, müxtəlif ərazilərin abadlaşdırılması üçün bu qədər xərc çəkilib. Təbii ki, bu işlərdə minlərlə azərbaycanlı çalışıb, evlərinə çörək aparıblar, ölkəmiz abadlaşıb. Bu pullar havayı yerə xərclənməyib ki?!". S.Novruzov əlavə edib ki, Milli Şuranın nə ekspertləri, nə iqtisadçıları var: "O qədər bisavad, əsassız bəhanələr gətirirlər ki... Təbii, bunların da sifarişləri xaricdən gəlir, daxili məsələ deyil. Çünki daxildə ictimaiyyət bunların hamısını başa düşür, ictimaiyyətin bu məsələlərə reaksiyası bəllidir və o mitinqə də heç kim gəlməyəcək".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev partiyasının üzvlərinin bu mitinqə qatılacağını gözləmir: "Biz partiya olaraq mitinqdə iştirakla bağlı qərar verməmişik. Üzvlərimizin də bu tədbirdə iştirak edəcəyini düşünmürəm. Buna baxmayaraq heç kimə qadağan edilməyib, istəyən üzv vətəndaş kimi bu mitinqə qatıla bilər".
Siyasi qüvvələrin mövqelərindən o aydın olur ki, Milli Şura, daha doğrusu, Əli Kərimli meydanda tək qalacaq. Bu isə bir daha onun biabırçı şəkildə rüsvay olacağı deməkdir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05