Müsavatçı ziyalılar Arif Hacılıya qarşı birləşir
10:39 12-03-2015
CƏMİYYƏT
Müsavatçı ziyalılar Arif Hacılıya qarşı birləşir
Onlar Qubad İbadoğluna və digərlərinə qarşı sərgilənən münasibəti avtoritarizm kimi dəyərləndirirlər
Xəbər verdiyimiz kimi, dünən Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) Müsavat Partiyası Divanının sabiq üzvü Tural Abbaslını Divanın qərarı ilə partiyadan xaric edilmiş başqanlığa sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ilə bağlı müraciəti ilə əlaqədar bu gün MNTK-nın iclasına dəvət edib.
"Unikal"ın məlumatına görə, iclasda Q.İbadoğlunun partiyadan xaric edilməsi ilə bağlı Divanın qərarının araşdırılması üçün etdiyi müraciətə baxılıb. Bu barədə açıqlama verən T.Abbaslı bildirib ki, MNTK Q.İbadoğlu ilə bağlı Divanın qərarını qüvvədə saxlayıb: "Mən bildirdim ki, Qubad İbadoğlunun partiyadan kənarlaşdırılması əslində Nizamnaməyə ziddir. Ancaq onlar dedilər ki, bu məsələ araşdırılıb və Divanın qərarında heç bir Nizamnamə pozuntusu aşkar olunmayıb. Belə olan halda MNTK-dan mənə yazılı cavab verilməsini və Qubad İbadoğlunun konkret hansı addımlarına görə partiyadan kənarlaşdırılmasının da cavabda göstərilməsini tələb etdim. Ümid edirəm ki, yaxın günlərdə cavab veriləcək".
Müsavat rəhbərliyi aqressiv siyasətini aparsa da, əks mövqelər də var. "Unikal"ın məlumatına görə, Müsavat rəhbərliyinin narazılara qarşı sərgilədikləri mövqe nüfuzlu ziyalı müsavatçılar tərəfindən təpki ilə qarşılanıb. Müsavat Partiyası Divanının sabiq üzvü, professor Adil Qeybulla bu barədə fikirlərini bölüşərkən deyib ki, Qubad İbadoğlunun partiyadan çıxarılması ilə bağlı məsələnin araşdırılması üçün yayılan bəyanatı cəmiyyətdə kifayət qədər tanınmış, Müsavat Partiyasının bərpasında xidmətləri olan insanlar imzalayıb. Bəyanat mətbuatda yayılıb, bu isə onun sənəd olduğuna dəlalət edir. Onun sözlərinə göə, "Bəyanat rəsmi şəkildə ya Mərkəzi Nəzarət-Təftiş Komissiyasına, ya da digər qurumlara təqdim olunmalı idi" kimi fikirlər bəyanatı imzalayanları aşağılamaqdır: "Digər tərəfdən, vətəndaşlar Müsavat Partiyası və Azərbaycanın siyasi həyatında gedən prosesləri mətbuat vasitəsilə izləyirlər və ona görə də mən hesab edirəm ki, rəsmi müraciət məsələsi sırf bəhanədir. Hazırda Müsavat Partiyasının rəsmi strukturlarının legitim olub-olmaması müzakirə mövzusudur. Bu məsələlərin çözülməsi müəyyən güzəştlər əsasında ola bilər. Ancaq qarşı tərəf heç bir güzəşt, konsesus qəbul etmir. Təbii ki, bu cür münasibət konfrontasiya deməkdir. Konfrontasiyaya görə də partiyanın bugünkü rəsmi strukturları məsuliyyət daşıyırlar. Buna görə də hesab edirəm ki, bizim təkrar xəbərdarlığımız tarix üçündür. İndi bəyanata reaksiya verib-verməyəcəkləri artıq onların öz işidir. Bəyanatı imzalayan şəxslərdən bəziləri - Novella Cəfəroğlu, Səidə Qocamanlı, Almaz Əliqızı, Məryəm Oruclu, Hökumə Qurbanlı heç də partiyadan narazı qrupa aid deyillər. Bəs bu adamların müraciətinə niyə cavab verilmir? Qubad İbadoğlu, Vurğun Əyyub, Adil Qeybullanı kənara qoysaq, axı digərləri xeyli neytral adamlardır və sadəcə, partiyadakı vəziyyətdən narahatdırlar. Buna görə də hesab edirəm ki, Müsavat rəhbərliyinin mövqeyi tam bəhanədir".
Göründüyü kimi, Arif Hacılı təzyiqləri artırsa da, Müsavatdakı nüfuzlu adamlar ona baş əyməməkdə qərarlıdırlar. Bu da onu göstərir ki, ya Arif Hacılı geri çəkilməlidir, ya da Müsavatda onun bir neçə qohum-əqrəbasından başqa adam qalmayacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15