Milli Şura təxribata hazırlaşır
12:43 13-03-2015
İQTİSADİYYAT
Milli Şura təxribata hazırlaşır
Əli Kərimli Cəmil Həsənli ilə birlikdə mitinqdə gözlənilməz olayların planını cızır
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb. Bu barədə "Unikal"a Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı məlumat verib.O bildirib ki, BŞİH-də Milli Şuranın müraciətinə baxılıb və martın 15-də saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirilməsinə razılıq verilib.
Onu da nəzərə çatdıraq ki, son iki gündür ki, Milli Şuranın sədri Cəmil Həsənli, eləcə də AXCP sədri Əli Kərimli mitinqdə təxribat olacağını bəyan edirlər. Halbuki bunun üçün heç bir əsas yoxdur. Bu barədə fikirlərini bizimlə bölüşən siyasilər də Əli Kərimli və Cəmil Həsənlinin mitinqdəki biabırçılıqlarının üstünü örtmək üçün belə bir taktika seçkdiklərini bildirirlər.
"Unikal"a açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, Milli Şura mitinqdə baş verəcək biabırçılıqlarını ört-basdır etmək üçün belə bir varianta əl atıblar. Onun sözlərinə görə, həmişə olduğu kimi, növbəti dəfə də yalanlarının üstü açılacaq: "Əli Kərimli bu hay-küyü qəsdən edir. Əsas məqsədi cəmiyyəti özünə qarşı cəlb etməkdir. Bu onun köhnə peşəsidir. Stəkanda firtına görüntüsünü yaratmağa cəhd edir. Hansı təxribatdan söhbət gedir? Ola bilsin ki, Əli Kərimli qəsdən Cəmil Həsənliyə tapşırıb ki, bu cür xəbər yay və sonra da təkzib verək ki, bu təxribatdır. İnanların diqqətini bu cür "ajotaj"la özlərinə cəlb edirlər. Bunu Əli kərimlidən gözləyirəm. Bu adam istənilən addımı atmağa hazır olan birisidir. Məqsəd Əli Kərimlinin təyin etdiyi mitinqə ictimaiətin diqqətini cəlb etməkdir və mitinqə gələn insanların sayını artırmaqdır. Hesab edirik ki, bu "təxribatı" mediya vasitəsi ilə yayacaq və daha çox insanın mitinqdə iştirakı təmin olunacaq".
BAXCP sədrinin müavini onu da bildirib ki, Milli Şuranın özü də mitinqdə təxribat edə bilər. "Əli Kərimli istənilən təxribatı törətməyə hazırdır ki, Azərbaycan dövlətinin və onu təmsil edən hakimiyyətin imicinə zərbə vursun. Bu gün Əli Kərimli bütün fəaliyyətini ona yönəldib ki,1-ci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin qarşısı alınsın. Bu iddia ilə bəzi beynəlxalq təşkilatlar da çıxış edir. Bu təşkilatların birbaşa erməni lobbiçilərinə yaxın olması şübhə doğurmur. Mən Əli Kərimlinin bundan sonra da təxribatlar törədəcəyini istisna etmirəm", - deyə müsahibimiz fikirini tamamlayıb.
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Milli Şura artıq iflasa uğrayıb və nə elədiklərini bilmirlər. Onun sözlərinə görə, çağırışlarına əhəmiyyət verilmədiyinə görə, bu cür variantlara əl atırlar: "Əgər bunlar qiymət artımına görə xalqa canları yanırsa, bunun daha optimal variantları var. Daha gedib hansısa xarici qüvvənin sifarişini yerinə yeitirməzlər. Bütün bunlar onların xarici havadarlarına xoş getmək üçün hesablanmış addımlardır. Bununla göstərməyə çalışırlar ki, ölkədə guya sərbəst toplaşmaq azadlığı yoxdur. Bilirsiniz ki, Avropa Şurasının nümayəndələri də Azərbaycandadır. İndi Əli Kərimli və onun ətrafı belə bir fon yaradırlar ki, guya burda böyük çaxnaşma ola bilər". MMP sədri onu da nəzərə çatdırıb ki, Əli Kərimli və Milli Şuradakılar özləri təxribat törətməyi planlaşdırırlar. Onun fikrincə, provokasiya olacağını bəyan etmələri də baş verəcək hər hansı bir təxribata don geyindirmək cəhdidir: "Bizdə məlumat var ki, mitinqdə bir neçə nəfərin ölməsi üçün çalışırlar. Bununla da növbəti iğtişaşların bünövrəsini qoymaq istəyirlər. Mən hələ yanvar ayında anonsunu vermişdim ki, bunlar mart-aprel aylarında qarşıdurma mühiti yaradacaqlar. Artıq proqnozlarım özünü doğruldur. Məndə olan məlumata görə, Milli Şura rəhbərliyi yataqda ölüm ayağında olan adamları mitinqə gətirmək istəyirlər ki, orda dünyasını dəyişsin və bunu əllərində bayraq kimi tutub dünyaya car çəksinlər. Bax, belə bir oyuna da gedəcəklər".
Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın martın 15-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib. İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribatın baş verməsinə imkan verilməyəcək: "Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət edəcəyik. Onlara bu barədə xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cavab verəcəklər".
Hər halda, təxribat, yalandan camaatın gözünə kül üfürməkdə mahir olan Əli Kərimlidən hər şey gözləmək olar. Amma həm cəmiyyət, həm də hüquq-mühafizə orqanlarının səyi nəticəsində təxribatın qarışısı alınacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05