Prezident İlham Əliyevdən humanist addım
Prezident İlham Əliyevdən humanist addım
Ölkə başçısı əfv sərəncamı imzaladı, 101 məhbus azadlığa buraxıldı

Azərbaycan prezidenti İlham Əliyev növbəti əfv sərəncamı imzalayıb.
Sərəncamda deyilir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıramki, 101 məhbus azadlığ buraxılsın.