Elmar Məmmədyarov mətbuat katibinin əliylə şeyxi "vurdu"
10:10 01-04-2015
İQTİSADİYYAT
Elmar Məmmədyarov mətbuat katibinin əliylə şeyxi "vurdu"
XİN Allahşükür Paşazadənin Yəməndə baş verənlərlə bağlı fikirlərinin Azərbaycanın rəsmi mövqeyini əks etdirmədiyini bəyan etdi
"Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən səsləndirilən fikirlər onun şəxsi mövqeyidir və Azərbaycan Respublikasının rəsmi mövqeyini əks etdirmir".
Bu sözləri açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Yəmən hadisələri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin söylədiyi fikirləri şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinə əsasən Azərbaycanda din dövlətdən ayrıdır. "Azərbaycan Respublikasının xarici siyasət məsələləri ilə əlaqədar rəsmi mövqeyi Azərbaycan Respublikasının Prezidenti və Xarici İşlər Nazirliyi tərəfindən ifadə olunur", - deyə Hikmət Hacıyev bildirib.
Xatırladaq ki, Yəməndəki hadisələrlə bağlı çıxışında A.Paşazadə ərəb dövlətlərinin Fələstin məsələsində İsrailə qarşı həmrəylik nümayiş etdirə bilmədiyindən, amma Ərəb Ölkələri Liqasının Yəməndəki müxalif qüvvələrə qarşı koalisiya yaratdığından təəssüf hissi keçirdiyini deyib. "Bütün bunlar çox təəssüf ki, məzhəb ayrı-seçkiliyinin əlamətidir", - deyə o vurğulayıb.
"Unikal"ın məlumatına görə, ilk baxışdan sıradan bir açıqlama kimi görünsə də, XİN mətbuat katibinin bu açıqlamasının arxasında ciddi mesaj dayanır. Çünki əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə sıradan bir şəxs deyil. Yəni, şeyxlə bağlı belə bir açıqlamanın ictimailəşməsi nazirin xəbəri olmadan mümkün deyil. Görünən odur ki, xarici işlər naziri Elmar Məmmədyarov hələlik mətbuat katibinin vasitəsiylə şeyxi "vurmaqla" kifayətlənir. Bunun ardınca nə gələcək, onu zaman göstərəcək.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05