Oliqarx banklarından sensasion qərar
11:56 02-04-2015
İQTİSADİYYAT
Oliqarx banklarından sensasion qərar
Azərbaycanda 14 bank kredit verməyi dayandırdı
Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından 1 aydan artıq vaxt keçsə də, banklarda kreditləşmə ilə bağlı vəziyyət sabitləşməyib. fins.az-ın bank sektorunda apardığı araşdırma nəticəsində məlum olub ki, hazırda ölkədəki 44 bankdan yalnız 7-si həm milli, həm də xarici valyutada kredit ayırır.
Bunlar "AGBank", "Azərbaycan Beynəlxalq Bankı", "Expressbank", "Bank VTB Azərbaycan", "Qafqaz İnkişaf Bankı", "Naxçıvanbank" və "Rabitəbank"dır.
Banklardan 6-sı kreditləşməni yalnız manatla, 17-i isə yalnız dollarla həyata keçirir. Hər iki valyutada kredit verilməsini dayandıran bankların sayı isə 14-dür.
Kredit verməyi dayandıran banklar arasında "AFB Bank", "Azərbaycan Kredit Bankı", "Azərbaycan Sənaye Bankı", "Azər-Türk Bank", "Bank of Azerbaijan", "Bank BTB", "Eurobank", "Gəncəbank", "Kredobank" və digərləri var.
"Unikal" xatırladır ki, Azərbaycanda bir sıra bankların arxasında bəzi oliqarxlar dayanırlar. Məsələn, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun "Bank Respublika"nı, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin "Xalq Bank"ı, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərovun "Silk Way Bank"ı öz nəzarətində saxladığı heç kimə sirr deyil.
Kreditlərin verilməsini tamamilə dayandıran bankların bir çoxunun da bəzi oliqarxlarla, iri məmurlarla bağlı olduğu iddia edilir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53