Əli Kərimli sahibkarlardan nə istəyir?
11:57 02-04-2015
İQTİSADİYYAT
Əli Kərimli sahibkarlardan nə istəyir?
AXCP sədri 5 apreldə biznes adamlarını mitinqinə dəvət edərək onlardan pul qopartmağa çalışır
Məlum olduğu kimi, Milli Şura aprelin 5-də daha bir mitinq keçirmək qərarına gəlib. Artıq bununla bağlı müvafiq addımlar da atılıb, hazırlıq işləri gedir.
Maraqlı məqamlardan biri də odur ki, Milli Şuranın əsas təsisçilərindən olan AXCP sədri Əli Kərimli mitinqə dəstək vermək üçün sahibkarlara müraciət edib. O manatın məzənnəsindən sonra zərər çəkən iş adamlarını onlara dəstək verməyə səsləyib. "Unikal"ın əldə etdiyi məlumata görə, Əli Kərimli bu yolla cəmiyyətdə çaşqınlıq yaratmaq istəyir. Belə ki, AXCP sədri bununla həm dünya ictimaiyyətinə, həm də Azərbaycan xalqına mesaj vermək istəyir ki, guya artıq iş adamları, sahibkarlar da onların yanındadır. O, bununla mitinqlərinə daha çox adam cəlb etməyə çalışır, həm də özləri ətrafında ciddilik imici yaradır. Amma əsas məqsədi isə hansısa biznesmeni özünə tərəf cəlb edib ondan qazanc əldə etməkdir. Bu günə kimi Əli Kərimlinin tutdutu mövqe də bunu deməyə əsas verir.
Bu barədə "Unikal"a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Milli Şura, daha dəqiq desək, AXCP sədri Əli Kərimli özünə gəlir yeri axtarır. Onun sözlərinə görə, onun 5 aprel mitinqi ilə bağlı sahibkarlara müraciətinin arxasında da bu niyyət dayanır: "Bu adam üçün hər şeydən üstün puldur. O bu uğurda liderini satmış bir adamdır. İllərdir ki, xarici qüvvələrdən pul alaraq, milli maraqlarımıza zidd fəaliyyət aparıb. Çox mənfur bir plan üzərində hazırlıq gedir. Mən bununla bağlı bir neçə ay öncədən məlumat vermişdim. Bir daha gördum ki, radikalların daxilinə saldığım adamlara qoyduğum sərmayə havayı deyil. İndi də Avropadan sifariş alıblar ki, ölkədə aranı qarışdırsınlar. Bundan sonra daha detallı məlumatlar əldə etməyə çalışacam. İndi məşqlərə başlayıblar. Adını da "talana son" qoyublar. Bahalaşma olmasa da, bunlar başqa bir məsələni əllərində bayraq tutub ölkədə qarşıdurmaya gedəcəkdilər. Əli Kərimli sahibkarlara müraciət edir ki, mitinqə çıxın. Sən elə bir xəyanətkar adamsan ki, kim sənin yanında dayanmaq istəyər? Bu yolla çalışır ki, kimlərdənsə, nəsə qoparsın".
"Unikal"ın məlumatına görə, Vəhdət partiyasının sədri Tahir Kərimli deyib ki, Milli Şuranın mitinqində on minlərlə adamın iştirak edəcəyi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir, birmənalı şəkildə Azərbaycan xalqı bunların verdiyi boş vədlərə inanmır: "Onun sözlərinə görə, radikal müxalifət partiyaları nümayəndələrinin özləri də heç bir gücə sahib olmadıqlarının fərqindədirlər: "Mitinqlərdə verilən şüarlar da özündə obyektiv səbəblərdən olan məsələlərə subyektiv baxışı əks etdirir. Xalqın bütün gözləntisi dövlətdəndir. Xalq görür ki, burada bir əqidə göstəricisi, ideoloji tondem yoxdur. Ona görə hər hansısa bir şəxsin verdiyi boş vədlərə xalqın heç bir nümayəndəsi inanmır. Müxalifət nümayəndələrinin bacardığı yeganə iş müxtəlif şüarlar səsləndirməkdir. Bu cür addımlar atmaqla həmin şəxslər sadəcə öz varlıqlarını müəyyən dərəcədə göstərməyə çalışırlar. Onların özlərinə də bəllidir ki, iqtidarla mübarizə aparmaq üçün heç bir gücə, siyasi iradəyə malik deyillər"
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AXCP sədri Əli Kərimlinin aprelin 5-nə planlaşdırdığı 100 minlik yalanına münasibət bildirərkən deyib ki, müxalifətin bundan öncə keçirdiyi mitinqdə yalnız 600-700 nəfər iştirak edib, biabırçı şəkildə keçirilən bu mitinqi də bütün ictimaiyyət izlədi. YAP icra katibinin müavinin sözlərinə görə, 100-200 minlik insan o şəxsin arxasınca gedirki o Vətəninə, xalqına, millətinə, dövlətinə xidmət edən insan olsun: "Əli Kərimli bəlli olduğu kimi xaricdən bəzi qüvvələr tərəfindən maliyyələşdirilir. Onun keçirdiyi mitinqlər ancaq təxribat xarakteri daşıyır və iğtişaş törətməyə yönəlib. Heç şübhəsiz ki, onların aprelin 5-nə planlaşdırdığları mitinqdə də 500-600-dən artıq adam olmayacaq. Bu şəxslər yenidən ictimaiyyəti çaşdırmaq, yalan məlumat vermək və o sayda olan insanlar üçün xaricdən maliyyə almaq arzusundadır".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17