Robinzon Krunzo və müxalifət liderləri
09:40 07-04-2015
İQTİSADİYYAT
Robinzon Krunzo və müxalifət liderləri
Ümidsizlik-inamsızlıq-anarxizm
Müxalifət növbəti mitinqini keçirdi. Daha doğrusu müxalifətdə analıq iddiasında olan,və AXCP-in yedəkçi qurumu Milli Şuranın mitinqi keçirildi. Mitinqə olan gözləntilər müxtəlif idi. Çünki Cəmil Həsənli-Əli Kərimli cütlüyünün bu dəfəki aksiyasında şüarlar siyasi yox, ötən mitinqdə olduğu kimi sosial problemlərə həsr olunmuşdu.
Amma keçirilən aksiya yenə bir səhnəni yada saldı. Deməli 22 il adada yalqız yaşayan Robinzon Krunzo bu illərdən sonra özünə həmsöhbət tapa bildi. Bunlar əhliləşdirib öz adını deməyə öyrətdiyi tutuquşu, əldən düşmüş iti və iki pişiyi idi. Hətta yeməyi də onlarla yeyir, yeməkdən sonra "söhbət" edirdi. Daha doğrusu özü danışırdı itlə, pişik sakitcə qarşılarındakı yeməyi yeyir, tutuquşu isə arada adını çəkməklə məclisi "maraqlı" edə bilirdi. Milli Şuranın keçirdiyi son mitinq də buna bənzər məclisi yenə təkrarladı. Əli Kərimli çıxış etdi, Cəmil Həsənli öz adını təkrarlayırmış kimi eyni şüarları təkrar etdi və bununla aksiya "uğurla" başa çatdı (mitinqdə iştirak edənləri isə itə və ya pişiyə bənzətməyim qərarına gəlməyin. Bu şəxslər öz vətəndaşlarımız idi və sərbəst toplaşma haqqından sadəcə olaraq yararlanmışdılar). Belə olan halda ortaya qəribə bir sual çıxdı. Nədən hətta şüarı da, tribunanı da dəyişəndə müxalifət heç bir uğur qazana bilmir?
Ceyms Rocers sistemi
Ziddiyətli psixoloqlardan biri Ceyms Rocersin qəribə bir metodu olub. Bir xəstə gəlib deyərdi ki,o insan yox, zürafədir. Psixoloq tam gücü ilə onu inandırardı ki, həqiqətən o insandı, amma zürafə qiyafəsində.Xəstə bir müddətdən sonra gəlib deyərdi ki, o zürafə yox insandır. Bunu yada salmaqda məqsədim var. Məqsəd isə budur ki, bu gün Əli Kərimli və Cəmil Həsənli Ceyms Rocers sistemindən istifadə edirlər. Hətta on illərdir ki, Əli Kərimli öz "xəstələrini" bu yolla kifayət qədər "sağalda" bilib. Necə? . Sıravi vətəndaşlar arasında təbliğat aparılır və onlar Əli Kərimliyə istiqamətlənib uğur haqqında söz eşitmək istəyirlər. AXCP sədri və ya digər müxalif liderlər isə Ceyms Rocers kimi deyirlər:"Siz bu gün belə görünsəniz də,əslində biz qalibik və yaxın zamanlarda hakimiyyətə gələndən sonra sizlərə daha xoş həyat bəxş edəcəyik". Günlər keçir, aylar ötür və insanlar Ceyms Rocersin pasientləri kimi etiraf edirlər ki, müxalifətin hakimiyyətə gəlməsi həqiqətən utopiyadır və bununlada "sağalaraq" öz yollarına davam edirlər. Müxalifət isə növbəti dəstənin onlara yaxınlaşmasını gözləyirlər. Məhz bu səbəbdən müxalifətin sosial bazasında heç bir halda artım olmur.
Demokratiya
geyimində anarxiya
Bu günün məncə siyasi düzənində ən işlək fəlsəfə Fridrix Vilhelm Nitşenin fəlsəfi yanaşmasıdır. Daha doğrusu Nitşe dünyasına daxil olan çox insan bəzən sərhədləri itirir. Demokrat kimi bu dünyaya daxil olan kəs qısa müddətdən sonra bu dünyadan anarxist kimi çıxır.Bu gün müxalifətin tam iflasının ən böyük səbəbi də məhz anarxist geyimindən çıxa bilməməsidir. Hətta prezident seçkilərində Rüstəm İbrahimbəyov, Cəmil Həsənli kimi simalar meydana çıxanda, ikincinin prezidentliyə namizəd olduğu zaman çoxları düşünürdü ki, müxalifət bu seçkilərdə intellekt nümayiş etdirəcək və nəhayətdə meydan nomenklaturasından xilas olacaqlar. Amma müxalifət düşərgəsində ilk addımlarını atan Cəmil Həsənli bir anın içində demokrat, akademist simasını anarixstliklə əvəz etməli oldu. Çünki müxalifət düşərgəsini özünə oxşada bilmədi, özü sıradan bir dişsiz anarxistə çevrildi. Müasir dünyada isə anarxistlərin forması və vəzifəsi çoxdan dəyişib və bunun bariz nümunəsi olsa-olsa İŞİD , PKK tipli qruplar ola bilər. Azərbaycan cəmiyyəti isə hakimiyyətdən razı və ya narazı olmasına baxmayaraq anarxistlik ovqatından çox uzaqdır. Elə buna görə də müxalifətin icazəli mitinqlərinə belə maraq yoxdur və olmayacaq da.
Qloballaşma və
moltanlığa son
Qloballaşma mədəniyyətlərin inteqrasiyasını,dini tolerantlığı necə təmin edirsə, o cür də köklü ideologiyalardan, prinsiplərdən və dəyərlərdən kənarda qalan qüvvələri bir anın içində sıradan çıxarır. Təsəvvür edin, dünya Ukrayna problemi üzərində baş sındırır, İran kimi supergücə dünyaya çıxış üçün yenidən fürsət verilir, neftin qiyməti aşağı düşür, dünyanın yenidən bölünməsi üzərində savaşlar dərinləşir və Azərbaycanda 400-500 lap 2000-3000 adam "Məsul" meydanına çıxır və Əli Kərimli ilə Cəmil Həsənlinin illərdi etdikləri çıxışlara təkrarən qulaq asırlar. Sizcə bu cür olayların yanında "Məsul" mitinqinin izi-tozu görünürmü? . Əlbətdə ki, yox. Həm də ona görə ki, bu gün müxalifətin qloballaşmaya hansısa formada,ən azından intellektual formada təsir imkanları yoxdur.
İnamsızlığın
son akkordu
Müxalifət sıralarına son bir neçə il ərzində yeni bir neçə sima qatıldı və qarışılığında on illərdir ki, müxalifətdə olan şəxslər liderlərinə etiraz olaraq müxalifətdən imtina etdilər. O an hesab edilirdi ki, yeni simaların gəlişi müxalifətdə canlanma yaradacaq və yeni qüvvələr cəlb olunacaq. Amma yenə olmadı. Nədən?. Gəlin açıq şəkildə bunun səbəblərinə baxaq.Kimlər müxalifətə gəldi və nədən gəldi?
Gültəkin
Hacıbəyli həvəsi
Müxalifət düşərgəsinə ilk transfer edən Gültəkin Hacıbəyli oldu. Keçmiş millət vəkili uzun illər mövcud hakimiyyətin ən parlaq təbliğatçısı olub, beynəlxalq təşkilatlarda beş il ən yüksək tribunalarda bəyan edib ki, Azərbaycanda siyasi məhbus yoxdur. Bununla paralel olaraq qısa zaman ərzində Gültəkin Hacıbəyli Goranboy, Naftalan rayonları da daxil olmaqla Gəncəbasar bölgəsində milyonlarla manat dəyərində sərvətə sahib olub. Bu sərvəti əldə etmək üçün isə istənilən addımı atıb. Bir sözlə adı çəkilən eks-millət vəkili müxalifətə qarşı ən sərt mövqe sərgiləyən bir şəxs olub. Amma son parlament seçkilərində onu iqtidar özündən kənarlaşdırıb,əldə etdiyi sərvətin böyük hissəsini itirib və buna görə müxalifətə üz tutub. Yəni bu şəxsi müxalifətə birləşdirən heç bir ideya və ya mənəvi dəyər yoxdur. Sırf mandatını və sərvətini itirdiyi üçün şəxsi maraqlarına görə mövqeyini dəyişib.Sizcə uzun illər müxalifətdə olan, pis-yaxşı hansısa ideologiyaya inanan şəxslər,şəxsi maraqlarına görə müxalifətə gələn Gültəkin Hacıbəyliyə inanmalıdırlarmı?. Sözsüz ki, yox və buna görə sosial baza artımı olmadı.Amma uzun illər müxalifət düşərgəsində olan şəxslər bir qadının bir günün içində yuxarı başda əyləşməsini həzm etmədilər və buna görə ona olan inam ciddi şəkildə azaldı.
Rüstəm İbrahimbəyovun torpaq savaşı
Həyatda özünü dərk edəndən hakimiyyətlərə sadiqliyi ilə seçilən, Heydər Əliyev, sonda isə İlham Əliyev hakimiyyətinin ən parlaq təbliğatçılarından olan Rüstəm İbrahimbəyov da müxalifətə gəldi. Çünki ARDNŞ-in prezidenti onun əldə etmək istədiyi bir neçə hektar torpağı ona vermədi. Bu isə Rüstəm İbrahimbəyovu müxalifətə istiqamətləndirdi.Bir anlıq təsəvvür edin, bir neçə hektar torpağa görə uzun illər təmsil olunduğu düşərgədən qopan şəxsi qarşı tərəf nə qədər səmimi qəbul edə bilərdi? Sözsüz ki, bu mümkün deyil.Həm də ona görə ki, müxalifətə transfer olan Rüstəm İbrahimbəyov sona qədər müxalifətin özünə də səmimi olmadı. Elementar bir məqama baxın. Rüstəm İbrahimbəyov bir neçə ildir ki, müxalifətdə olsada yalnız Cəmil Həsənli ilə əlaqə saxlayır və müxalifət liderlərinin özlərini belə ciddiyə almır. Çünki hər zaman onun üçün müxalifət liderləri qaragüruhçu obrazında olublar.
Cəmil Həsənlinin
mandat yarası
Müxalifətə transfer edənlər arasında Cəmil Həsənli nisbətən fərqlidir. Çünki o öncədən də müxalifətdə olub. Amma son yox, ötən seçkilərdə müxalifət düşərgəsində təmsil olunan Cəmil Həsənli hakimiyyətə satılmaqda ittiham olunaraq AXCP-dən kənarlaşdırılmışdı. Belə ki, onda mandat alan müxalifətçilər mandatdan imtina etdilər. Amma Cəmil Həsənli mandatından imtina etmədi və belə nəticə yarandı. Nəhayət son parlament seçkilərində Cəmil Həsənli gözlədiyinə nail olmadı. Ona mandat verilmədi və bir müddətdən sonra Cəmil Həsənli yenidən müxalifətdə göründü. Nəticə isə göz qabağındadır.
Beləliklə müxalifət düşərgəsində inamsızlıq faktorunun nədən yarandığını artıq müzakirə etməyə ehtiyac yoxdur. Bu inamsızlıq isə cəmiyyətlə müxalifət, müxalifətin sosial bazası ilə liderləri arasında dərin bir uçurum yaradıb və bunun qarşısını almaq hələlik mümkün deyil.
Son
Bu gün müxalifət düşərgəsini tərk edənləri, tərk etməyə hazırlaşanların yəqin ki, beynindən Ziqmund Freydin bu sözləri keçir: "5 həftədir ki, ancaq bu fikirlə yaşayıram. Bu düşüncənin varlığı belə məni dəhşətə salır, ağırlığı altında əzilirəm. Bir vaxtlar – çünki mənə həftələr deyil, illər keçmiş kimi gəlir – hər kəs kimi mən də bir insan idim. Mənim üçün də hər günün, hər saatın, hər dəqiqənin bir mənası və dadı var idi. Gənc və zəngin ruhum xəyallarla dolu idi. Həyatın sərt və incə parçasını, qarışıq naxışlarla işləyən ruhum, bunları, dayanmadan axan bir lent kimi gözümün önündə sıralamaqdan zövq alırdı.
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53