Hacıbala Abutalıbova qarşı şok "korrupsiya ifşası"
07:18 08-04-2015
İQTİSADİYYAT
Hacıbala Abutalıbova qarşı şok "korrupsiya ifşası"
Meriyanın hansı deparptamentində müdhiş qanunsuzluqlar üzə çıxdı?
Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətində ciddi qanunsuzluqlar aşkarlayıb. Bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.
Belə ki, Bakı şəhəri ərazisində küçə reklamının yayımı sahəsində qanunvericiliyin pozulması hallarının aşkar olunmasına dair səyyar qaydada aparılan nəzarət tədbirlərinin nəticələri rəsmiləşdirilməyib.
Hesabat ilində Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyəti Reklam və İnformasiya İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının, eləcə də dövlət gəlirlərinin yığılmasının və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair audit aparıb.
Hesabatda qeyd olunur ki, reklam lövhələrinin yerləşdirilməsinə icazə verilən kommersiya obyektləri üzrə reklam yayımı tariflərinin rəsmiləşdirilməsi zamanı reklam daşıyıcılarının yerlərinin differensiallaşdırılması müvafiq normativ aktlarda təsbit edilmiş kateqoriyalara (yerlərə) tam şəkildə həyata keçirilməyib. Eyni zamanda, dövlət mülkiyyətində olan torpaqların, binaların və digər obyektlərin uçotu aparılmayıb.
Bir neçə küçə reklam lövhələri vasitəsi ilə reklam yayımının həyata keçirilməsi Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Reklam yayımına icazə (razılıq) qaydaları"nın tələblərinə əməl edilməyərək və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən "Küçə reklamı lövhəsinin yerləşdirilməsinə icazə sənədinin forması" məzmununa uyğun olmayaraq bir icazə sənədi əsasında rəsmiləşdirilib. Ayrıca, dayaqlı müxtəlif reklam daşıyıcılarının yerləşdirilməsinə icazələrin verilməsi üçün tələb olunan və qəbul edilən reklam daşıyıcılarının layihələri və eskizləri bütün hallarda qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməyib.
2014-cü ildə küçə reklamı üzrə aparılan 199 əməliyyat üzrə 13 930 manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi təmin edilməyib, həmçinin reklam işlərinin görülməsi zamanı müvafiq qanunvericilik aktlarının tələbləri gözlənilməyib.
Xatırladaq ki, hələ bu ilin əvvəllərində "Unikal" Hesablama Palatasının Hacıbala Abutalıbovun rəhbərlik etdiyi qurumda yoxlama aparması barədə məlumat vermişdi. Həmin məlumatda bildirilirdi ki, bu təftiş olduqca maraqlı vaxta təsadüf edir.Məsələ burasındadır ki, son vaxtlar Abutalıbov KİV-də ardıcıl tənqid edilir.
Əksər ekspertlər bunu təsadüfi saymır və bildirirlər ki, ola bilsin bu, ictimai rəyi Abutalıbovun vəzifəsindən uzaqlaşdırılmasına hazırlamaq məqsədi güdür. Mümkün hesab olunur ki, adıçəkilən oliqarxa qarşı mətbuatdakı hücumlar onlarla rəqabətdə olan iqtidariçi çevrələr tərəfindən təşkil olunur.
Son vaxtlar belə ehtimallar güclənməkdədir ki, hökumət bu ilin payızında keçiriləcək parlament seçkiləri ərəfəsində bəzi iri məmurlarla yollarını ayıra bilər. Söhbət xüsusilə adları davamlı şəkildə korrupsiya hallarında hallandırılan qurumların rəhbərlərindən gedir. Bu sırada xüsusilə BŞİH-in adının ön plana çıxdığını qeyd etmək lazımdır. Abutalıbovun rəhbərlik etdiyi meriya ilə bağlı korrupsiya faktlarının, vətəndaş şikayətlərinin ard-arası kəsilmir. BŞİH ən çox məhkəməyə verilən dövlət qurumlarının sırasında da ön yerlərdən birini tutur.
Bütün bunların fonunda Hesablama Palatasının BŞİH-də aşkarladığı qanunsuzluq faktları diqqəti cəlb etməyə bilməz. İstisna deyil ki, meriyanın ayrı-ayrı strukturlarında davamlı şəkildə korrupsiya hallarının aşkar edilməsi və bunun ictimailəşdirilməsi paytaxt rəhbərliyinin əvəzlənə biləcəyinə dair uzun müddətdir mətbuatda yayılan informasiyaların və ictimai müzakirələrin reallaşma imkanlarını artırsın.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05