Xanlar Vəliyev qruplaşmaların hədəfində
11:17 09-04-2015
İQTİSADİYYAT
Xanlar Vəliyev qruplaşmaların hədəfində
Hərbi prokurorun son dövrlər tutduğu mövqe, iddialı davranışları, səlahiyyətlərindən istifadə edərək biznesini genişləndirməsi onun karyerasına son qoyur
Bir neçə gün göncə Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru olan Xanlar Vəliyevin hərbi prokror kimi rəsmən təsdiqlənməməsi barədə məlumat vermişdik.Onun işdə və hakim komanda daxilindəki davranışlarında yol verdiyi nöqsanlara görə «vurulduğu"məlumdur.
Bir daha xatırladaq ki, hərbi prokuror kimi Xanlar Vəliyevin səlahiyyət müddəti bir qədər əvvəl başa çatıb və yenidən həmin vəzifəyə təsdiqlənməsi üçün prezident sərəncam verməlidir. Ancaq Xanlar Vəliyev son bir neçə ildə fəaliyyəti zamanı yol verdiyi nöqsanlar, xüsusən də hakimiyyətdaxili qruplaşmaların mübarizəsinə qoşulması və müəyyən səhvlər buraxması karyerasına zərbə vurub. Belə ki, onun hərbi prokuror kimi səlahiyyət müddəti başa çatsa da, hələ də onun yenidən bu vəzifəyə təyin olunması üçün sərəncam verilməyib. "Unikal"ın məlumatına görə, Xanlar Vəliyev bu sərəncamı gözləsə də, növbəti dəfə həmin kürsüyə otura bilməyəcək. Hətta yaxın günlərdə yeni bir simanın hərbi prokuror təyin olunması ilə bağlı sərəncamın veriləcəyi də gözlənilir.
Məsələylə bağlı "Unikal"a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, artıq Xanlar Vəliyev səlahiyyətsiz hərbi prokurordur.Onun sözlərinə görə, qanunvericiliyə görə, hərbi prokurorun hər hansı bir məsələylə bağlı qərar verməsi üçün onun bu vəzifəyə prezidentin sərəncamı ilə təyin olunması şərtdi: "Bu dəqiqə Xanlar Vəliyev səlahiyyətsiz bir prokurordur.Yəni, qanunvericilyə görə hərbi prokurorluq tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir,eyni zamanda, Silahlı Qüvvələrdə keçirilən idarədaxili yoxlamaların materiallarını tələb edir, əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını həyata keçirir.Ancaq onun prezidentin sərəncamı ilə bu vəzifəyə təyin olunması barədə sərəncamın olmaması bütün bu məsəsələr barədə qərar vermək yetkisini əlindən alır".
Hüquqşünas Mehman Muradlı "Unikal"a açıqlamasında bildirib ki, "Prokurorluq haqqında" Azərbaycan Respublikası qanunun 16-cı maddəsində Azərbaycan Respublikası Baş prokurorunun, Azərbaycan Respublikası Hərbi prokurorunun səlahiyyət muddəti 5 ildir. Onun sözlərinə görə, Konstitusiyanın 133-cü maddəsinin 4-cü bəndinə əsasən isə Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini, respublika ixtisaslaşdırılmış prokurorluqlara rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının Prokurorunu Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Hüquqşünasın qənaətincə, əgər Xanlar Vəliyevin səlahiyyət müddəti bitibsə və prezidentin sərəncamı ilə həmin vəzifəyə təyin olunmayıbsa, deməli, heç bir səlahiyyəti yoxdur.
Heç şübhəsiz ki, Xanlar Vəliyev Hərbi prokuror kimi ordu üzərində də müəyyən təsir imkanları var. Belə ki, orduda baş verən hər hansı qanun pozuntuları, cinayət işləri hərbi prokurorluq tərəfindən araşdırılır.Bu zaman onun ordu rəhbərliyinə təzyiq etmək imkanları yaranır.Amma X.Vəliyevin hələ Səfər Əbiyevin dövründə ordudakı neqativ halların araşdırılması ilə bağlı müəyyən sövdələşmələrə getməsi barədə mətbuatda məlumatlar dolaşırdı. Hətta onun yaxın adamlarının şirkətinin ordu təminatındakı tenderə qatıldığı da yayılan informasiyalar arasında idi.Bu barədə "Unikal"ı məlumatlandıran şəxs deyib ki, Səfər Əbiyevin dövründə ordunun təminatında Xanlar Vəliyevin himayəsində olan şirkətin payı böyük idi.Amma son dövrlər onun təsir imskanları azaldığından və yeni müdafiə nazirinin əvvəlki sistemi məhv etdiyi üzündən ordu üzərindən gəlir qazanmaq imkanları tükənib.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Hərbi prokurorluğu ixtisaslaşdırılmış prokurorluq olmaqla silahlı birləşmələrdə, Hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikasının Hərbi prokurorluğu tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə, intizam hissələrində, eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir,Silahlı Qüvvələrdə keçirilən idarədaxili yoxlamaların materiallarını tələb edir, Silahlı Qüvvələrdə əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir.
Qanunvericiliyə görə, hərbi prokurorluq öz vəzifələrini hərbi idarəetmə orqanlarından və komandanlıqdan asılı olmayaraq icra edir. Hərbi prokurorluqların işçiləri xidməti vəzifələrin icrası ilə əlaqədar bütün hərbi idarəçilik orqanların, hərbi hissələrin, hərbi müəssisə və idarələrin bina və ərazilərinə maneəsiz daxil ola bilərlər. Məhz, bu məqamlar Hərbi prokuror kimi Xanlar Vəliyevin özünü lider kimi göstərməsi və yuxarı dairələrdəki müəyyən adamlarla hesablaşmamasına səbəb olub. Çünki o vəzifədə olduğu dönəmdə Azərbaycan Respublikasının Hərbi prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu və rayonlarda, eləcədə şəhərlərdəki hərbi prokurorluqları tam nəzarəti altına almışdı. Demək olar ki, ötən dövr ərzində əksəriyyət onun yaxın adamları və onun himayəsi ilə sistemə daxil olublar. Bununla da Xanlar Vəliyev hərbi prokurorluq sistemində tək hakimiyyətliliyə nail olub.
Qeyd edək ki, qanuna görə, Azərbaycan Respublikası Hərbi prokurorluğunun işçilərini Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir. Azərbaycan Respublikasının Hərbi prokuroru həmin şəxslərin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimat verə bilər. Amma Xanlar Vəliyev son dövrlərə kimi bu missiyanı öz üzərinə götürmüşdü. Yəni, qeyri-rəsmi olaraq, hərbi prokurorluq sisteminə təyinatları özü həyata keçirirdi. Qanunvericilik də Xanlar Vəliyevə böyük səlahiyyətlər verir. Belə ki, Azərbaycan Respublikasının Hərbi prokuroru öz səlahiyyətləri çərçivəsində əmr, göstəriş, digər aktlar verir və onların icrası hərbi prokurorluğun bütün işçiləri üçün məcburidir.Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda məşvərətçi orqan olan və Azərbaycan Respublikasının hərbi prokuroru rəhbərlik edən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kollegiyası yaradılır. Kollegiyanın tərkibinə Azərbaycan Respublikasının Hərbi prokuroru, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun idarə, şöbə rəisləri və digər rəhbər işçiləri daxildirlər.
Onu da deyək ki, Hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata və istefaya buraxılması Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən həyata keçirilir.Elə bu səlahiyyətlərin hərbi prokuror kimi Xanlar Vəliyevdə olması da onun daha iddialı addımlar atmağına rəvac verib. Ona görə də X.Vəliyevin bu cür iddialı hərəkətlər etməsi yuxarı dairələrdə xoş qarşılanmayıb.Elə bu məqamları əsas götürərək onun yenidən hərbi prokuror kimi təyinatı barədə sərəncam verilməsi ləngiyir.
"Unikal"ın əldə etdiyi digər məlumata görə, artıq Xanlar Vəliyevlə bağlı qərar verilib və onun təyinatı ilə bağlı sərəncamın verilməsi gözlənilmir.Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, hələlik həssas bir dövrdür, bu səbəbdən də Xanlar Vəliyevin bu postdan tamamilə uzaqlaşdırılması gündəmdə deyil. Amma yaxın dövrdə yeni Hərbi prokurorun təyin olunması ilə bağlı sərəncam veriləcək.Həmin şəxsin Xanlar Vəliyev olmayacağı qətidir. Belə demək mümkündürsə, Xanlar Vəliyevin son dövrlər tutduğu mövqe, iddialı davranışları, səlahiyyətlərindən istifadə edərək müəyyən biznes qurumlarını formalaşdırması onun karyerasına son qoyur. Yuxarı dairələrdəki, daha doğrusu, qruplaşmalar arasında narazılığa səbəb olması isə hərbi prokurorun qələminin qırılması ilə nəticələnib.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05