Azərbaycan öz haqqını özü qoruyur
Xəqani Səfəroğlu :"Azərbaycan bu cinayətlərin materiallarını Haaqa Məhkəməsinə təqdim edərək bu faktlarla bağlı böyük ictimai-siyasi kampaniya qaldıra bilər"
Mehman Muradlı:" Hesab edirəm ki, bu işlər Haaqa Hərbi
Tribunalına çıxarılmalıdı və əlbəttə ki, Nürnberq prinsiplərinə əsasən beynəlxalq hüquqa görə cinayəti qəbul edilən bir
hərəkətdə olan şəxs, bundan məsuldur və cəzalandırılmalıdır"
Dağlıq Qarabağ savaşı tək torpaqlarımızın itkisi ilə yox, həm də ifrat qətliamlarla, yüz minlərlə insanın hüquqlarının, yaşam haqlarının tapdalanması ilə müşayət olundu. Amma təəssüflər ki, bu günə qədər insan haqlarından danışan beynəlxalq birliklər bu qanunsuzluqlara heç bir hüquqi qiymət verməyib və tapdalanan insan haqları bir kənara atılıb. Bu gün dünyada baş verən ikili yanaşmanı, ayrıseçkiliyi hər addımda yaşayan Azərbaycan zaman-zaman haqsız qınaqlara tuş gəlib.
Elə bu günlərdə heç bir tarixi faktlara əsaslanmayan erməni "soyqırım"ının Avropa Parlamentində tanınması da buna misal ola bilər. Amma təəssüflər ki, Qarabağ həqiqətləri, törədilən və sübut olunan cinayətlər qəbul olunmur.Bütün bunlar isə təsdiqləyir ki, Ermənistana fərqli bir yanaşma var və bu yanaşmada xristian amili böyük rol oynayır. Belə olmasaydı hər zaman dini barışdan, insan haqlarından və hüquqlarından danışan Roma Papası bir anın içində yüz milyonlarla türkün haqqını və hüququnu ayaqlar altına atıb erməni "soyqırım"ını tanımazdı. Amma Roma Papası, Vatikan bu günə qədər bir dəfə də olsa Xocalı faciəsindən söz açmayıblar. Bunu da qeyd edək ki, dünya birlikləri Qarabağda haqları tapdalanmış yüz minlərlə insanın haqqını müdafiə etməsələr də, Azərbaycan hakimiyyəti soyqırım, qətliamlar törədən cinayətkarların yaxasını buraxmayıb və açılan cinayət işləri davam etdirilir. Bununla bağlı artıq rəsmi məlumatlar da var. "Beynəlxalq terrorizmdən ən çox əziyyət çəkən ölkələrdən biri kimi Azərbaycan Beynəlxalq terrorizmə qarşı koalisiyaya qoşulub və töhfələrini verib".Bunu baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.
R. Usubov deyib ki, Azərbaycan prezidenti İlham əliyev 23 may 2007-ci il tarixdə təsdiqlədiyi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Konsepsiyasında əhaliyə qarşı terror hadisələri milli təhlükəsizliyə təhdid kimiq qəbul edilib: "Azərbaycanlılar dəfələrlə erməni terrorizmi ilə üz-üzə qalıb.Onlar Dağlıq Qarabağ və ətraf əraziləri işğal edərək əhaliyə qarşı qırğınlar törədiblər. Xocalı faciəsi bunların kuliminasiya nöqtəsi oldu. Bütün bu hadisələrin başında o vaxtkı prezident Robert Koçaryan və indiki prezident Serj Sarkisyan durub. Həmçinin Eduard Qriqoryanın başçılığı ilə Sumqayıt hadisələri törədilib.Həmin hadisələr zamanı çoxsaylı tələfatlar oldu. Bununla ermənilər beynəlxalq ictimaiyyətdə azərbaycanlılara qarşı nifrət oyatmağa çalışıblar. Sumqayıt hadisələrinin əvvəlcədən planlaşdırıldığı aydın görünür. Bu hadisənin araşdırılması bu gün də davam edir. Eduard Qriqoryana qarşı biz yeni ittihamlar irəli sürmüşük. O hazırda tərəfimizdən beynəlxalq axtarışa verilib".
Baş prokurorun müavini bildirib ki, bu qədər terror aktı törətmiş ermənilərin həyata keçirdiyi hadisələrin dünya ictimaiyyətinə çatdırılması üçün təqdim olunan kitabın böyük rolu var.R. Usubov kitabda da deyildiyi kimi erməni terrorizminin yarandığı gündən transmilli xarakter aldığını vurğulayıb. O ermənilərin Azərbaycanda törətdiyi cinayətlərin araşdırımasında şəxsən iştirak etdiyini bildirib: "Hadisələr əsasən avtobuslar və metroda törədildi. Erməni terrorçuları Tiflis-Ağdam marşrutu ilə hərəkətdə olan avtobusa partlayıcı maddə qoymuşdular.Avtobus Şəmkir yaxınlığında partladıldı.Nəticədə 20 nəfər ölüb, 30 nəfər xəsarət alıb. O cinayət işini açmaq çətin idi. Böyük istintaq-əməliyyat qrupu yaradılmışdı. Lakin biz bunu açmağa nail olduq. Gəncə erməniləri idilər. Onlar Minvoddan gətirildi, terror maddələri ilə istintaqa cəlb olundular. Onlardan biri bu günə qədər də axtarışdadır. Bu kimi hadisələr çoxdur. Artıq ermənilərin Azərbaycanda törətdiyi cinayətlərdən 32-nin istintaqı yekunlaşıb".Belə olan halda ortaya maraqlı sual çıxır, bəs açılan və istintaqı yekunlaşan bu işlərin sonrakı taleyi necə olacaqə. Ekspertlər hesab edir ki, məsələnin bir neçə mürəkkəb tərəfi var. Bunlardan birincisi Dağlıq Qarabağda qətliamların törədilməsinə, yüz minlərlə azərbaycanlının yaşam haqqına zərbə vuranlar bu gün Ermənistanda hakimiyyətdədirlər və bu səbəbdən konkret addımlar atmaq mümkün deyil. Ən acınacaqlısı isə budur ki, istər Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, istərsə də hazırkı prezident Serj Sarksyan Dağlıq Qarabağda qətliamlar törətdiklərini gizlətmir və bununla fəxr edirlər. Çünki dünya birliyinin məsələyə nə qədər biganə yanaşdıqlarını yaxşı bilirlər.Elə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov da son açıqlamasında buna münasibətini bildirib. "Niyə bəzi Avropa QHT-ləri və özlərini insan haqları müdafiəçisi adlandıran şəxslər Xocalı ilə bağlı bəyanat vermirlərə".Bunu Milli Məclisin I vitse-spikeri Ziyafət əsgərov son vaxtlar xarici mətbuatda Azərbaycanla bağlı yer alan tənqidi yazılara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan bu kimi sınaqlardan çıxıb və narahat olmağa əsas yoxdur: "Eurovision" yarışı ərəfəsində, xarici KİV-lər, qeyri-hökumət təşkilatları və içimizdə sapı özümüzdən olan baltalar çox çalışdılar ki, buna kölgə salsınlar, Azərbaycanın imicini xoşagəlməyən şəkildə formalaşdırsınlar. Heç nə alınmadı. İndi isə yenə başlayıblar. Mənasız və mənəvi, siyasi, hüquqi əsası olmayan bəyanatlar verirlər. Amma Azərbaycanın inkişafı göz qabağındadır. Biz birinci Avropa oyunların hazırlaşırıq. Demək olar ki, idman qurğularının hamısı istifadəyə verilib. Yarışların çox yüksək səviyyədə keçəcəyini gözləyirik. Niyə xarici QHT-lər Azərbaycan ərazisində törədilən terror hadisələri, Azərbaycanın bir milyon qaçqını barədə danışmırlarə Amma hansısa cinayətkar barədə əllərində bayraq tuturlar. Burada ikili, üçlü standartlar var. Bu sahədə mətbuat da ayıq olmalıdır".Bütün bunlarla yanaşı mütəxəssislər hesab edir ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda baş verən cinayətləri ciddi araşdırmalı və cinayət işlərinin istintaqını davam etdirməlidir. Çünki bu bir tarixdir və zamanın hansısa kəsiyində bu cinayət işləri ciddi rol oynayacaq. Bununla bağlı "Unikal"a açıqlama verən yazar-ekspert Xəqani Səfəroğlu hesab edir ki, bu istiqamətdə araşdırmaların aparılması tarix üçün lazımdır: "Subut edilmiş cinayət işləri ilə bağlı real nəticələrə nail olmaq indiki halda bir qədər çətindir. Amma Azərbaycan bu cinayətlərin materiallarını Haaqa Məhkəməsinə təqdim edərək bu faktlarla bağlı böyük ictimai-siyasi kampaniya qaldıra bilər. Eyni zamanda Bakı subut olunmuş cinayət işlərini Türkiyə ilə birgə dünya çapında təqdimatı üçün birgə işi yaxşı nəticə verər". "Unikal"a açıqlama verən hüquqşünas Mehman Muradlı da hesab edir ki, bu cinayət işləri mühüm hüquqi əhəmiyyət kəsb edir:"Baş prokurorun müavini cənab Rüstəm Usubovun qeyd etdiyi kimi Qarabağda yaşayan erməni seperatçılarının və Ermənistan ordusunun törətdikləri 32 cinayət faktı üzrə işin yekunlaşdırılması o deməkdir ki, bu cinayət işləri aidiyyatı üzrə məhkəməyə göndərilməlidir.Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə görə Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir.Qanunda isə konkret olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda Təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına müstəsna hallarda yol verilir.Çox güman ki, məhkəmələr bu işlərə baxıb təqsirləndirilənlər barədə qiyabi hökm çıxardacaqlar.Bundan sonra hesab edirəm ki, bu işlər Hərbi Tribunala çıxarılmalıdı və əlbəttə ki, Nürnberq prinsiplərinə əsasən Beynəlxalq hüquqa görə cinayəti qəbul edilən bir hərəkətdə olan şəxs, bundan məsuldur və cəzalandırılmalıdır".Yeri gəlmişkən bunu da qeyd edək ki, bu cür cinayətlər törədən siyasi liderlər belə müəyyən zamanlardan sonra beynəlxalq məhkəmələr qarşısında cavab verməli olublar. Sonuncu belə hallar İraqda Səddam Hüseynin və Yaxın Şərqdəki inqilablardan sonra bir neçə dövlət rəhbərinin məhkəmələrində müşahidə olundu.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16