YAP siyahını nə vaxt açıqlayacaq?
10:23 29-08-2015
CƏMİYYƏT
Aydın Mirzəzadə: "Yekun siyahı YAP İdarə Heyətində müzakirə olunacaq və qərar veriləcək"
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Milli Məclisə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən seçkilər noyabrın 1-də keçiriləcək.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası sərəncam dərc edildikdən sonra namizəd siyahısını açıqlayacağını bəyan etmişdi. YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, namizəd siyahısı bü gün açıqlanmayacaq: "Yekun siyahı YAP İdarə Heyətində müzakirə olunacaq və qərar veriləcək. İH bununla bağlı yekun qərarını verməlidir. Hesab edirəm ki, yaxın günlərdə namizəd siyahısı ictimaiyyətə açıqlanacaq".
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu ilin noyabrında keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı hazırdır. Bu barədə açıqlamasında partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.
H. Paşayev YAP-ın deputatlığa namizədlərinin siyahısının prezident İlham Əliyevin sərəncamından sonra elan olunacağını diqqətə çatdırıb.
"Bəzi KİV-lər bizə istinad etmədən məlumat yayırlar ki, YAP bu gün namizədlərinin siyahısını açıqlayacaq. Bu məlumatlar həqiqəti əks etdirmir. Onlar münəccimliklə məşğuldurlar. YAP deputatlığa namizədlərinin siyahısını Azərbaycan Prezidenti İlham Əliyevin V çağırış Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı sərəncamından sonra açıqlayacaq və bundan sonra seçki kampaniyasına rəsmi start verəcək".
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22