"Barselona"nın futbolçusu Mark-Andre ter Ştegen cəzalandırıla bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Qapıçı zədəsi ilə bağlı La Liqanın tibb komissiyasına hesabat göndərməsinə razılıq verməyib.
Kataloniya klubu isə başa düşür ki, qapıçının sağalması 4 ay vaxt aparacaq. Bu isə "Barselona"ya yeni transferləri qeydiyyatdan keçirməyə imkan verəcək.
"Barselona" Ter Ştegenlə bağlı hüquq departamentindən intizam işi açmağı istəyəcək. Klub utbolçunu həm iqtisadi, həm də idman baxımından zərərli qərarına görə cəzalandırmağı düşünür.