Tailandın Xarici İşlər Nazirliyi Banqkokun Kambocanın baş naziri Hun Manet və Asiya ölkəsi Senatının (parlamentin yuxarı palatası) spikeri Hun Senə qarşı sui-qəsd planlaşdırması ilə bağlı iddiaları təkzib edib.
"Unikal" xəbər verir ki, bu barədə Tailand XİN məlumat yayıb.
"Xarici İşlər Nazirliyi bu əsassız iddianı qəti şəkildə rədd edir", - XİN-in bəyanatında deyilir. Xarici İşlər Nazirliyi Kuala-Lumpurda iki ölkənin nümayəndə heyətləri arasında aparılan danışıqların ortasında yalan xəbərlərin yayılmasının “nəinki qeyri-konstruktiv olduğunu, həm də vəziyyətin sülh yolu ilə həllinə yönəlmiş müzakirələrin müsbət ruhunu ciddi şəkildə pozmaq təhlükəsi yaratdığını” vurğulayıb.
Toqquşmalar iyulun 24-də səhər saatlarında Kamboca-Tayland sərhədində, Oddar Myeonq əyalətindəki mübahisəli sərhəd bölgəsi yaxınlığında baş verib. Tailand ordusu ağır silahlardan istifadə etmələrinə cavab olaraq Kambocanın mövqelərinə zərbələr endirmək üçün döyüş təyyarələrindən istifadə etdiyini bildirib. Kamboca hərbçiləri ordunun Tailandın müdaxiləsinə cavab olaraq özünümüdafiə üçün hərəkət etdiyini bildirib.