İngiltərənin "Mançester Siti" klubu futbolçusu Rodriyə yeni müqavilə təklif edəcək.
"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, ispaniyalı oyunçu ilə sözləşmə 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Bununla da 29 yaşlı yarımmüdafiəçi komanda yoldaşı Erlinq Holanndan sonra Premyer Liqa təmsilçisində ən çox maaş alan futbolçu ola bilər.
Xatırladaq ki, Rodri 2019-cu ildən "Mançester Siti"də çıxış edir. Onun hazırkı müqaviləsi 2027-ci ildə başa çatır.