Qərb – Rusiya savaşında Bakı hansı yolu seçib?
09:40 06-09-2015
CƏMİYYƏT
"Rusiyanın Avropa liderləri və ABŞ-la qarşıdurması bu ölkə ilə həmsərhəd olan Azərbaycan üçün aktualdır".
Bu barədə Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, Qərb liderləri Putinlə dialoqdan qaçırlar: "Rusiya iqtisadiyyatı enmə xətti ilə davam edir. Rublun məzənnəsi düşür və böhran hiss olunur. Qərb Krım və Donetskdə Moskvanın addımlarına qarşı sanksiyaları artırmaqda davam edir. ABŞ və Avropa Birliyinin sanksiyaları təkcə hazırkı dövrdə Rusiya iqtisadiyyatını inkişafdan saxlamır, eyni zamanda onun gələcəyini də dumanlı edir. Rəsmi təbliğatın əksinə olaraq, Kreml özünü narahat hiss edir. Kreml Donetsklə bağlı vaxtaşırı təzyiq edir, hərbi əzələ nümayiş etdirir və Vaşinqton və Brüsselə beynəlxalq problemlərin həllində öz faydalılığı haqda işarə verir.
Belə ki, Rusiya İranın nüvə proqramı danışıqlarında konstruktiv mövqe nümayiş etdirdi, hazırda Suriya ilə bağlı siyasətində yumşalma haqda siqnallar var. Kremlin güzəştləri Qərblə münasibətləri normallaşdırmaq və sanksiyaların dayanmasına nail olmağa hesablanıb. Moskvada anlayırlar ki, Krımın Rusiyaya birləşdirilməsini heç kim tanımır. Buna görə də məsələni müəyyən müddətə açıq saxlamaq daha yaxşı olar. Bu, Ukraynada qan tökülməsinin qarşısını almaq və Donetskdəki vəziyyəti nizama salmaq üçün lazımdır. Görünür, Qərb post-sovet məkanında Rusiyanın xüsusi rolunu tanımır. Vaşinqton və Brüssel Moskva ilə yalnız davranış qaydaları haqda danışmağa hazırdır, təsir sahələri haqda deyil".
R. Musabəyov əlavə edib ki, Kreml üçün ən xoşagəlməz hal Amerika və Avropa liderlərinin Putinlə şəxsi dialoq aparmaqdan qaçmasıdır.
"Sergey Lavrovun Nyu-Yorkda BMT Baş Assambleyasında Putinlə Obamanın görüşünün mümkünlüyü haqda açıqlaması da Ağ Ev tərəfindən dərhal təkzib edildi. Hiss olunur ki, Brüssel və Vaşinqton danışıqların yenilənməsi üçün Dmitri Medvedyevi fiqur kimi irəli çəkir. Çünki onun imici Qərbdə Putinin imici qədər korlanmayıb. Əgər əvvəllər Rusiya telekanalları Medvedyevi işıqlandırmaqda, onun sərəncamlarını yayımlamaqda xəsislik edirdisə, bu gün onu tez-tez ekranlarla çıxarır, prezident Putinlə yanaşı göstərirlər. Hələlik Rusiyanın Qərblə münasibətləri normallaşdırması üçün etdiyi manevrlərin nəticəsi haqda danışmaq çətindir", - deyə politoloq bildirib.
R. Musabəyov yaranmış geosiyasi vəziyyətin Azərbaycana təsirlərini də şərh edib: "Rusiya ilə bağlı vəziyyətə bu ölkə ilə həmsərhəd olan Azərbaycan laqeyd qala bilməz. Bu həm regional geosiyasətə, həm də təhlükəsizlik məsələlərinə təsir edir. Buna görə də rəsmi Bakının ehtiyatlı davranışı tamamilə praqmatik və doğru yoldur".
Asif Nərimanlı
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22