Milli Şura fiaskoya uğradı, seçkilərdə iştirakdan boyun qaçırdı
11:35 11-09-2015
İQTİSADİYYAT
Cəmil Həsənli ilə Əli Kərimlinin lideri olduğu qurum acı məğlubiyyətə düçar olmamaq üçün boykot yolunu tutdu
Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib. Koordinasiya Mərkəzinin üzvü Oktay Gülayıyev bildirib ki, toplantıda Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb.
Onun sözlərinə görə, Milli Şura seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib. Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.
Bu qərar onun gözstərdi ki, Milli Şura acı məğlubiyyəti əvvəlcədən duyduğundan bəri başdan geri çəkildi. Hər halda, biabırçı məğlubiyyətdənsə, boykot daha yaxşıdır.
BAXCP sədrinin müavini Niyaməddi Orduxanlı "Unikal"a açıqlamasında deyib ki, Milli Şuranın belə qərar verəcəyi gözlənilən idi: "Kim idi Cəmil Həsənlini deputat seçən. Bu adam deputat mandatına görə, öz sədri Əli Kərimlini ayaqlarının altına alıb yerə vurdu. Bu adam deputat olanda Əli Kərimlinin müavini idi, ancaq bu gün bütün fəaliyyətini prezident İlham Əliyevə həsr edilmiş yaltaq kitablara həsr edirdi. İlham Əliyevi Qafqazın lideri adlandırdı. Yazdığı bu kitabları qoltuğuna vurub, İlham Əliyevin nazirlərinin, komitə sədrlərinin qəbul otagında boynunu büküb gözləyirdi. Bu kitabları onlara "satmaq" üçün. Cəmil Həsənli bu olub! Və bütün bunlar Cəmil Həsənli 10 illik siyasi fəaliyyətinin acıq təzahürüdür. Bundan Cəmil Həsənli imtina edə bilməz! Onun bu cür riyagar siyasətini hər bir vətəndaş görüb və izləyib. belə bir adama kim etimad göstərər, səs verər?! Cəmil Həsənli deputat ola bilmədəyindən, Əli Kərimli kimi zorən "müxalifət" olanlardandır. Baxın,"Milli Şura"da olan bu adamlara. Gültəkin Hacıbəyli və Cəmil Həsşnlinin prezident İlham Əliyevin ünvanına dediyi mədhiyələr AZTV-nin arxivində xeyli yer tutub. Kim istəyirsə, gedib aztv-də baxa bilər. Belə bir şəxslərin deputat ola bilməyəcəklərini özləri hamıdan çox yaxşı bilir. Bu səbəbdəndə namizəd olmaqda imtina edirlər".
Hakim Yeni Azərbaycan Partiyası Milli Şuranın parlament seçkilərində iştirak etməməklə bağlı qərarına münasibət bildirib. Partiyanın İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib ki, bu bəyanat "Milli Şura" adlı qurumun gücsüzlüyünü göstərir.
YAP rəsmisi fikirlərini belə davam etdirib: "Milli Şura və ora daxil olan siyasi qrumların seçkidə iştirak etməməklə bağlı bəyanatı göstərdi ki, onlar Azərbaycanda heç bir nüfuza malik deyillər. Onların seçkidə iştirak etməyəcəkləri əvvəlcədən bəlli idi. Son prezident seçkilərində minimal səs toplamaları, keçirdikləri mitinqlərə az sayda adamın gəlməsi, ziyalıların, demokratik düşüncəli insanların onları dəstəkləməməsi bu qurumun sosial bazasının zəifliyini göstərir. Onlar bilirlər ki, qarşıdan gələn parlament seçkilərində bütün dairələr üzrə irəli sürəcək potensial namizədləri yoxdur. Eyni zamanda anlayırlar ki, hətta irəli sürsələr belə onların heç biri qələbə qazana bilməyəcək".
"Bu gün Azərbaycan cəmiyyəti güclü dövlətçilikdə, sosial problemlərin həll edilməsində, beynəlxalq aləmdə yüksək nüfuzun olmasında maraqlıdır. Milli Şura isə bunların heç birini təmin edə bilmir. Çünki, onların proqramı radikallıq, xaricdəki anti-Azərbaycan mərkəzlərlə əməkdaşlıq, ölkəmizdəki xarici səfirlikləri zorla Azərbaycanın daxili siyasətinin subyektlərinə çevirməkdir. Prinsip etibarı ilə onlar uduzduqlarını indidən etiraf etdilər. Hesab edirəm ki, onlar gələcək seçkilərdə subyekt kimi mövcud olmayacaqlar. Çünki, ətraflarındakı adamlar onları çox sürətlə tərk edir", - deyə A. Mirzəzadə bildirib.
YAP-çı deputat qeyd edib ki, yaxın günlərdə hakim partiya öz namizədlərini açıqlayacaq və seçki prosesi demokratik, şəffaf və rəqabətli keçəcək.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53