Tacikistan: saqqal və hicab uğrunda müharibə
11:41 11-09-2015
İQTİSADİYYAT
Bu ölkə hazırki əsrdə vətəndaş müharibəsinə heç vaxt indiki qədər yaxın olmayıb
"Əminliklə demək olar ki, Tacikistan bu əsrdə vətəndaş müharibəsinə heç vaxt indiki qədər yaxın olmayıb. Düşənbənin girişində blok-postlar qoyulub, şəhərin özündə isə güc qurumlarının gücləndirilmiş dəstələri patrulluq edir. Durumun ciddiliyindən bu da xəbər verir ki, hökumət orqanları bütün bazarları - Orta Asiyada ənənəvi ictimai həyat mərkəzlərini bağlayıb". Bunu nüfuzlu rosbalt.ru saytı yazır (məqalə müəllifi: İqor Rotar).
Məqalədə daha sonra hadisələrin inkişafı qısaca yada salınır: "Vəhdət şəhərində milis şöbəsinə, Düşənbədə milislərə, həmçinin sentyabrın 4-də paytaxtda hərbi hissəyə hücum nəticəsində terrorçuların əlindən OMON-un dörd, Vəhdət Daxili İşlər İdarəsinin dörd əməkdaşı həlak olub, xeyli sayda döyüş sursatı və silah oğurlanıb. Sentyabrın 5-də Düşənbədə milisin blok-pöostuna hücum edlib və cinayətkarlar bundan sonra elə Vəhdət şəhərində də gizləniblər. Xatırladaq ki, Vəhdət həmin şəhərdir ki, avqustun sonunda milis saqqal saxlamağa cürət etmiş yerli sakini ölümcül döymüşdü. Bu hadisədən sonra hiddətlənmiş şəhər əhalisi küçələrə çıxdı, lakin o zaman münaqişəni yatırtmaq mümkün oldu. Tacik hökumətinin baxışına görə, saqqal saxlamaq lüzumsuz dindarlıqdan xəbər verir.
Milis may ayında Düşənbədə və başqa şəhərlərdə onlarla saqqallı kişini saxladı, şəxsiyyətin təyini və barmaq izlərinin götürülməsindən sonra saqallarını zorla qırxdılar.
Düşənbədə həmçinin hicablı qadnlar saxlandı, milis isə "müsəlman" geyimi alveri edən mağazalara reyd etdi və satıcılara izah etdi ki, hicab satışı indi qadağan olunub. Buna görə də milisin qətlə yetirilməsini əvvəlcə dindarların sıxışdırılmasına cavab hesab etdilər.
"Baş şərməndə"ni şübhəli şəkildə tez tapmış tacik hökuməti də bu versiyanı qismən təsdiq etdi. DİN mətbuat mərkəzinin açıqlamasına əsasən, hücum respublikanın daxili işlər nazirinin keçmiş müavini, Tacikistan İslam Dirçəlişi Partiyasının (TİDP) üzvü və Birləşmiş Tacikistan Müxalifətinin (BTM) keçmiş tərəfdarı, general-mayor Əbduhəlim Nazarzoda tərəfindən təşkil edilmişdi.
Nazarzodanın özü artıq bildirib ki, onun və TİDP-dən olan hərbçi dostlarının həbs ediləcəyi haqda mötəbər məlumat əldə etdikdən sonra dağlara çəkilib. O etiraf edir ki, hərbi hissədən silah ələ keçirib, lakin iddia edir ki, milislər hökumətin göstərişi ilə qətlə yetirilib.
Cinayətin günahkarının məhz İslam Dirçəlişi Partiyası üzvünün "təyin edilməsi" təəccüblü görünmür. Tacik hökumətinin son aylarda TİDP üzvlərini açıq şəkildə təqib etməyə başlaması və generalın indiki ittihamı, deyəsən, partiyanı gizli fəaliyyətə keçirdən sonuncu yekun akkord olacaq.
Tacikistanın Baş prokurorluğu hələ iyulun 9-da bildirdi ki, TİDP daha siyasi partiya deyil. Səciyyəvidir ki, prokurorluğun açıqlaması partiya üzvlərinin prezident İmoməli Rəhmona dövlət orqanları tərəfindən təqib edilməsi haqda xeyli faktların ifadə edildiyi məktubundan dərhal bir neçə gün sonra meydana çıxdı.
TİDP-nin mühacirətdəki lideri Muhiddin Kəbirinin "Rosbalt"-a bildirdiyi kimi, bu ilin martında seçkilərin nəticələrinin kobud şəkildə saxtalaşdırılması üzündən partiya ilk dəfə parlamentdə bir yerdə də əldə edə bilmədi.
Kəbiri ona qarşı repressiyanı müdhiş yanlışlıq hesab edir və xatırladır ki, Tacikistanada qanlı vətəndaş müharibəsi İslam Dirçəliş Partiyasının sıxışdırılmasının nəticəsi oldu.
Deyəsən, partiya lideri müharibə hədəsi gəlməkdə o qədər də şişirtməyə yol vermir. Əbduhəlim Nazarzoda və Tacikistan Müdafiə Nazirliyinin desant-hücum batalyonunun 135 üzvü Düşənbədən 45 kilometr şərqə sarı Roşit dərəsində gizlənib. Xatırladaq ki, vətəndaş müharibəsi zamanı müxalifətin əsas qalalarından biri məhz bu dərə idi, hökumət qoşunları ilə ən amansız döyüşlər məhz burada baş verirdi. Bu gün tarix təkrar oluna bilər.
Həm də qəzəbə gəlmiş generalın adına yazılan cinayətləri edib-etmədiyi və ya bunların, sadəcə, uydurma olduğu önəmli deyil. İstənilən halda TİDP ilə tacik hökuməti arasındakı münasibətlər (artıq vətəndaş mühaibəsi dövründə olduğu kimi) açıq güc toqquşmaları mərhələsinə keçib. Belə bir durumda partiyanın fəaliyyəti, yəqin ki, daha da radikallaşacaq və üzvlərinin əksəriyyəti keçən müharibədəki üsullarla yenidən "ədalət" yaymağa başlayacaqlar.
Yeri gəlmişkən, bu il Muhiddin Kəbirinin TİDP-da ikinci sədrlik müddəti başa çatır və istisna deyil ki, partiya üzvləri yeni şəraitdə daha "qətiyyətli" liderə üstünlük verəcəklər.
Tacik poitoloqu Pərviz Mulloconovun fikrincə isə, partiya fraksiyalara bölünə bilər, həm də onların bəziləri terrora bel bağlaya bilər. Bəs qarşıda nə var?
Yeni qarışıqlığın yaranması üçün zahiri şərait iyirmi il əvvəl olduğundan daha "əlverişli"dir. Özbəkistan İslam Hərəkatı (ÖİH) rəsmən İŞİD-ə qoşulduğunu bəyan edib. ÖİH döyüşçüləri arasında xeyli sayda Tacikistan vətəndaşları var. Hazırda Əfqanıstanda döyüşlər birbaşa tacik-əfqan sərhədinin yaxınlığında gedir. Bundan başqa, burada taliblərdən savayı ÖİH yaraqlıları da əfqan hökuməti ilə vuruşur. Pamirdə də kritik durum yaranır. Tacik-əfqan sərhədi burada parktik olaraq qorunmur. Pamirin Əfqanıstanla həmsərhəd Darvaz rayonu Tacikistanda TİDP-in əsas qalalarından biridir. Əhalinin böyük qisminin dəstəklədiyi ÖİH yaraqlıları Əfqanıstandan bu bölgəyə sıza bilər və oradan isə müxalifətin ənənəvi digər məntəqələrinə hücumu davam etdirər.
Hətta fərz etsək ki, yaraqlılar bu bölgəni nəzarətə götürə bilməyəcəklər, sərhədi yarıb keçmə ehtimalı kifayət qədər yüksəkdir. Qeyd edək ki, keçən illərdə burada əfqanıstanlı yaraqlılarla Tacikistan ordusu arasında müntəzəm şəkildə döyüşlər baş verirdi. Lakin ÖİH-nın İŞİD-ə qoşulması və TİDP-nın silahlı dəstələrinin Romitdə görünməyindən sonra durum daha da təhlükəli olur.
Düzdür, Kreml 1992-ci ildən fərqli olaraq Tacikistana münasibətdə silahlı müxalifətə qarşı fəaliyyətə yönəlik daha dəqiq ifadə olunmuş mövqe tutur. Belə ki, Vladimir Putin teraktlardan dərhal sonra tacik lideri İmoməli Rəhmonla əlaqə yaratdı və onu əmin etdi ki, münaqişənin yayılması halında Rusiyadan yardım ala bilər.
Əlbəttə, Ukrayna münaqişəsinə bulaşmış Putin tacik qarışıqlığına miqyaslı müdaxiləyə, sadəcə, imkan tapmaya bilər. Lakin digər tərəfdən Suriya və İraqda başı müharibəyə qatışmış İŞİD-in də hələlik Orta Asiya cəbhəsini açmağa imkanı yoxdur".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53