Avropa Azərbaycanı necə itirdi?
11:08 17-09-2015
İQTİSADİYYAT
Qərbin illərdir ölkəmizdə özü haqda formalaşdırmağa çalışdığı müsbət obraz dağılır; qərəz və ikili standartlar...
Ölkəmizin Avropanın bəzi siyasi təsisatları ilə gərgin münasibətlər fazasına qədəm qoyması gündəmin əsas mövzusudur. Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi, heç bir sağlam məntiqlə izah olunmayan, qərəzli və riyakar qətnamədən sonra münasibətlər daha da gərginləşib. Xatırladaq ki, Avropa Parlamentinin bu düşmənçilik jestinə qarşı Azərbaycan da cavabsız qalmayıb, Milli Məclis Azərbaycanın "Avronest"dən çıxması və zərurət yaranacağı təqdirdə avropalı siyasilərin ölkəmizə girişinə qadağa qoyulacağı haqda radikal qərarla çıxış etdi.
Tərəflər arasındakı məlum gərginlik indi beyinlərdə bir suala cavab tapmağa çalışır: Birdən-birə nə baş verdi ki, Avropa və Azərbaycan arasında "soyuq küləklər" əsməyə başladı? Əslində isə Avropa və onun bəzi qurumları ilə Azərbaycanın münasibətlərindəki problemlər heç də bu günün məsələsi deyil. Qarşılıqlı bəyanatlar, qətnamələr, kampaniyalar hələ 2012-ci ildə Avroviziya yarışması zamanı, ən son isə birinci Avropa Oyunları vaxtı yaşandı. Vaxt keçdikcə isə soyuqluq qabarıq şəkildə özünü göstərməyə başladı. Avropa liderlərindən heç kim Avropa Oyunlarına qatılmadı. Mətbuatın həmin vaxt yazdıqlarını xatırlatmaq yerinə düşər. Oyunları stadiondan izləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə dialoqu zamanı belə demişdi: "Bu necə Avropa Oyunlarıdır ki, Avropa Birliyindən kimsə Bakıda yoxdur?". Putinin cavabı da ikibaşlı idi: "Əvəzində Avropa Birliyinə namizəd burdadır". Yəni Türkiyə.
Təbii ki, yanında kimin daim olduğunu Azərbaycan gördü. Türkiyə ilə bütün istiqamətlərdə münasibətlər aydındır. Amma son vaxtlar Rusiya ilə Azərbaycan arasında xeyli yaxınlaşmalar var və Avropa bunu görür.
Ekspertlər düşünür ki, Rusiya ilə yaxınlaşma Avropanı qıcıqlandırır. Onlar Cənubi Qafqazda təbii ehtiyatlarla zəngin bir ölkənin əldən vermək istəməzdilər. Bura Ermənistan deyil, bizdə deputatları parlamentdə güllələmirlər, mitinqlər mütəmadi olmur, aksiya zorakılıqla dağıdılmır. Həbslər də kifayət qədərdir. Bəs niyə Ermənistan yox, Azərbaycan hədəf seçilir. Avropa Birliyinə nə lazımdır?
Politoloqların qənaətincə, ilk növbədə ermənilərin Avropada himayədarları kifayət qədərdir. Bu dairə daim Azərbaycana bu və digər vasitələrlə təzyiqlər edir.
Politoloq Rasim Musabəyovun sözlərinə görə, Azərbaycanın enerji resurslarından daha çox öz məqsədləri üçün istifadə etmək istəyirlər: "Yəni xeyir onlara çatsın, amma bunun riskləri, itkiləri Azərbaycanın boynunda qalsın. Azərbaycan isə bunu qəbul etməyəcəyi təqdirdə axtarırlar ki, hansı vasitə ilə rejmə təzyiq etsinlər".
Politoloq hesab edir ki, Avropaya sabit ölkə deyil, Ukrayna kimi dövlətlər lazımdır ki, diplomatları vasitəsilə ölkəni istədikləri kimi idarə etsinlər. Azərbaycan isə müstəqil siyasət yeridir. "Sovet dönəmində ikinci katib istədiyi kim respublikaları idarə edirdi. Hazırda onlar da istəyərlər ki, səfirləri burda istədiyni eləsin - müxalifəti qəbul eləsin ya barışdırsın, ya da vuruşdursun. Bu imkanlar əllərindən alınıb. Hər kəsə deylib oturun yerinizdə öz ölkənizin maraqları ilə məşğul olun. Azərbaycanın daxili işlərinə qarışmayın. Bu isə onları açmır", – deyə politoloq Rasim Musabəyov bildirib.
İndiki halda münasibətlərin korlanmasından kim uduzur? Avropaya Azərbaycan kimi enerji resursları ilə zəngin ölkə lazımdır. Azərbaycan isə həm də ikitərəfli münasibətlərin qorunmasında maraqlıdır. Bunu rəsmi Bakı açıq etiraf edir. AP-nin qətnaməsi hər şey demək deyil, nə də AP Avropa demək deyil.
Son durumu Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov da "Twitter"də şərh edib: "Avropa prosesləri maraqları çərçivəsində istədikləri formada, məzmunda və istiqamətdə yaymaqla, mövqe formalaşdırmaqla məşğuldurlar. Avropanın bir sıra dövlətləri hesab edirlər ki, bütün ölkələrin onların qarşısında öhdəlikləri var, amma özlərinin heç bir öhdəliyi yoxdur".
Digər tərəfdən isə Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə təkcə siyasilərdə qəzəb yaratmayıb, bu həm də ölkə ictimaiyyətinin narazılığına səbəb olub. Tarixən Şərq xalqlarına ağalıq etmək iddiasında olan, onların maddi və mədəni sərvətlərini talan edən, xalqların minilliklərlə formalaşmış milli-mədəni və mental xüsusiyyətlərini nəzərə almadan yeni yaşam tərzini onlara diktə edən Qərb yenə də öz köhnə ambisiyalarından əl çəkmək istəmir və bu Qərbin Azərbaycanda illərlə yaratmış olduğu müsbət obrazında ciddi çatlar yaradır.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52