"Unikal"ın Ziya Məmmədovla bağlı xəbəri təsdiqləndi
16:38 17-09-2015
İQTİSADİYYAT
Ziya Məmmədov: "Sizinlə heç nə danışmaq istəmirəm"
"Unikal" qəzetinin iki gün öncə yaydığı xəbər rəsmi səviyyədə təsdiqini tapıb. Belə ki, qəzetin 15 sentyabr tarixli sayında "Qələmi qırılan" nazir işə çıxmır" başlığı ilə manşet xəbəri təsdiqləndi.
Bu haqda modern.az saytına nazirliyin mətbuat katibi Namiq Həsənov məlumat verib ki, Nəqliyyat naziri Ziya Məmmədov növbəti əmək məzuniyyətinə gedib. O, mətbuat nümayəndələrinə müraciət də edib: "Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi mətbuatın "Ziya Məmmədov işə gəlmir", "Tədbirlərə qatılmır" kimi fikirlərinə cavab olaraq bəyan edirəm ki, Ziya Məmmədov sentyabrın 16-dan oktyabr ayının 22-nə qədər növbəti əmək məzuniyyətindədir. Qoy, bütün kütləvi informasiya vasitələri bilsinlər ki, bu müddətdə nazirin işə çıxmamaq haqqı-hüququ var, yəni sensasiya deyil".
Qeyd edək ki, Ziya Məmmədovun işə çıxmaması ilə bağlı xəbəri ilk öncə "Unikal" yayıb və məsələylə bağlı münasibət öyrənmək üçün nazirə telefon açıb. Nazirlə qəzetimizin əməkdaşı arasında baş tutan dialoqdan da görünüb ki, Z.Məmmədov gərgin və əsəbidir. Dialoqu olduğu kimi, təqdim edirik
- Ziya müəllim salam, Sizi "Unikal" qəzetindən narahat edirik.
- Bu, "Unikal" məndən nə istəyir. Sizinlə heç nə danışmaq istəmirəm.
E.Rüstəmov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52