Sumqayıt yolunda dəhşətli qəza - 3 ölü, 10 yaralı
10:45 18-09-2015
İQTİSADİYYAT
Bakı-Sumqayıt yolunda ("Saray postu"na çatmamış) ağır yol-nəqliyyat hadisəsi baş verib. "Ford" markalı mikroavtobus qəzaya düşüb.
Mikroavtobusda olan bütün sərnişinlər xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım maşınları ilə Bakıya aparılır. Baş verən qəzaya görə Bakı-Sumqayıt yolunda sıxlıq yaranıb.
Bakı-Sumqayıt yolunda ("Saray postu"na çatmamış) Ford" markalı mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlardan iki nəfər 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.
Xəstəxanadan verilən məlumata görə, qəza zamanı yaralananlardan Elza Hüseynovanın vəziyyəti ağırdır və hazırda əməliyyat olunur. Məumata görə, xəstəxanaya gətirilən digər yaralı da xanımdır, lakin onun vəziyyəti yaxşı olduğundan ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, qəza nəticəsində iki nəfər həyatını itirib, on nəfərin vəziyyəti isə ağırdır.
Bakı-Sumqayıt yolunda ("Saray postu"na çatmamış) Ford" markalı mikroavtobusun qəzaya düşməsi nəticəsində ölən iki nəfərdən birinin kimliyi müəyyənləşib.
Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzNews.az-a verilən məlumata görə, o, 1987-ci il təvəllüdlü Abdullayev Amindir. Digər ölənin kimliyi isə hələ müəyyən edilməyib.
Stansiyadan verilən digər məlumata görə, xəstəxanaya daha 10 nəfər yaralı gətirilib: "Onlardan 5-inin vəziyyəti ağırdır, 3-ü əməliyyat olunub, hazırda reanimasiyadadır. 3-ü travmatologiya şöbəsindədir. Yaralılar arasında ayaqlarını belə itirənlər var. Yaralılar arasında uşaq yoxdur".
Bakı-Sumqayıt yolunda ("Saray postu"na çatmamış) ağır yol-nəqliyyat hadisəsində həlak olanlar Sumqayıt "morq"una aparılıb, 3 nəfərin vəziyyəti lap ağırdır. Sumqayıt şəhər Təcili Yardım Stansiyası Bakı-Sumqayıt yolunda 2 nəfərin ölümünə səbəb olan ağır qəzada yaralanan şəxslərin adını açıqlayıb. Stansiyadan Lent.az-a verilən məlumata görə, yaralılar aşağıdakılardır:
1. Əhmədov Rəşad
2. Cavadov Rövşən
3. Allahverdiyev İbadət
4. Ağakişiyev Baloğlan
5. Paşabəyov Asif
6. Məmmədova Əsmər
2 qadın və 2 kişinin adları isə naməlumdur.
Stansiyanın reanimasiya şöbəsindən verilən məlumata görə, hazırda qəzada yaralanan 6 nəfər əməliyyatdadır. Onlardan 3 nəfərinin vəziyyəti çox ağırdır.
Bu qəza yenidən Bakı-Sumqayıt yolunda qanunsuz fəaliyyət göstərən mikroavtobuslar məsələsini gündəmə gətirib. Bakı-Sumqayıt istiqamətində qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslara qarşı zaman-zaman reydlər keçirilir. Amma buna baxmayaraq, onlar yenə də fəaliyyətlərini davam etdirirlər.
Qanunsuz sərnişindaşıma nəqliyyat müfəttişləri ilə razılaşma əsasında həyata keçirilir. Belə ki, nəqliyyat müfəttişlərinə gündəlik haqq ödəyən mikraavtobus sürücüləri gündəlik olaraq Bakı-Sumqayıt istiqamətində qanunsuz fəaliyyət göstərirlər.
Bakı-Sumqayıt yolunda qəzaya uğrayan mikroavtobus da qanunsuz sərnişindaşıma ilə məşğul olub. AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb. Məlumata görə, mikroavtobus "Embawood" şirkətinə məxsusdur: "Qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan bu tipli avtomobillər heç bir standartlara cavab vermir, avtomobillərin texniki vəziyyəti, sərnişindaşımaya uyğunluğu barədə heç bir sertifikatı da yoxdur".
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bununla bağlı bildirib ki, bu gün Ceyranbatan yaxınlığında baş verən qəzanın təfərrüatları tam aydın olasa da, ən azı 3 ciddi təhlükənin burada rolu var: "1.Bakı-Sumqayıt marşrutu ilə işləyən avtobusların, xüsusən də qəzaya düşən mikroavtobusların əksər sürücüləri insanın edə biləcəyi bütün intizamsızlıq və tərbiyəsizlikləri o yolda edirlər. Onların əksəriyyəti "Şumaher"dir. Sürücü vəhşiliyini görmək və müşahidə aparmaq üçün həmin yolda işləyən avtobusları müşahidə etmək yetər.
2. Bakı-Sumqayıt yolu heç bir standarta uyğun gəlməyən ən təhlükəli yollardan biridir, üstəlik bu yola 110 km/saat sürət həddi qoymanın bircə adı var: hoqqabazlıq.
3. Ölkəmizin yollarının kənarına çəkilən və dünyanın hər yerində əsas təyinatı "Qorumaq" olan metal sədlər real ölüm təhlükəsi doğurur, çünki bizim yollara bu sədlər heyvan arxacının kənarına çəkilən çəpər prinsipi ilə tətbiq olunur. Amma bu texniki vasitənin harada, hansı məsafədə qoyulması, materialı, fiziki xüsusiyyətləri ilə bağlı standartlar var və s".
F.Əliyev
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52