Ziya Məmmədovun "qol-qanadı" qırıldı
10:52 19-09-2015
İQTİSADİYYAT
Prezidentin sərəncamı ilə "Azərbaycan Dəmir Yolları"QSC Nəqliyyat Nazirliyindən ayrıldı
Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.
Sərəncama əsasən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 563) aşağıdakı dəyişikliklər ediləcək. 1-ci hissədən "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində" sözləri çıxarılacaq.
Sərəncamla aşağıdakılar müəyyən edildi:
- Cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;
3.2. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Cəmiyyət tərəfindən həyata keçirilir;
- Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi Cəmiyyət tərəfindən həyata keçirilir və bu barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilir;
- dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir. Cəmiyyətin gəlirləri faktiki daxilolmalar əsasında tariflərə tətbiq olunan güzəştlər nəzərə alınmaqla hesablanır;
- Cəmiyyətin və onun təşkilatlarının fəaliyyətinə, habelə onlar tərəfindən həyata keçirilən dəmir yolu infrastrukturunun inşası, cari və əsaslı təmiri, yenidən qurulması və bərpası məqsədi ilə həyata keçirilən fəaliyyət üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya) alınmış hesab edilir və yenidən alınması tələb olunmur;
- dəmir yolunun iştirakı ilə bərə, liman vasitəsilə tranzit daşımaları üzrə vahid tariflər və tətbiq edilən güzəştli əmsallar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti və neft məhsullarının yükaşırma terminallarının təklifləri nəzərə alınmaqla Cəmiyyət tərəfindən müəyyən edilir;
- istehsal-təsərrüfat ehtiyaclarını təmin etmək üçün malların (işlərin, xidmətlərin) satın alınması üzrə əməliyyatlar beynəlxalq təcrübəyə və qanunvericiliyin tələblərinə uyğun Cəmiyyət tərəfindən həyata keçirilir;
- Cəmiyyətin, törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətləri Cəmiyyət tərəfindən həyata keçirilir;
- əmlakının icarəyə verilməsindən və balansdan silinən əsas vəsaitin satışından əldə olunan gəlirlər Cəmiyyətin büdcəsinə daxil edilməklə dəmir yolu infrastrukturunun inkişafına sərf olunur.".
Hesab etmək olarmı, bu sərəncamla Nəqliyyat naziri Ziya Məmmədovun karyerasının çöküşünün əsası qoyuldu. Çünki lisenziyaların verilməsinin, onun ardınca Beynəlxalq Avtoğazalın və Bakıdakı sərnişin daşımanı həyata keçirən şirkətin və nəhayət "Azərbaycan Dəmir Yolları" QSC-nin Ziya Məmmədovdan alınması onun "qol-qanad"ının sındırılması anlamına gəlir. Görünən odur ki, Z.Məmmədov hakimiyətin yuxarı dairələrinin gözündən düşüb və bu cür davam etsə, portfeli və quru nazirilik binasından başqa heç nəyi qalmayacaq. Hər halda, səlahiyyəti olmayan bir nazirliyin isə tamamilə ləğv olunması da istisna deyil.
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52