Nazim İbrahimov da postu ilə vidalaşır
12:20 23-09-2015
İQTİSADİYYAT
Daha bir komitənin sonu çatır
Diasporla İş üzrə Dövlət Komitəsi ləğv ediləcək. Bu barədə hökumətdəki mənbələrdən redaksiyamıza məlumat daxil olub.
Məlumatda bildirilir ki, Nazim İbrahimovun rəhbərlik etdiyi qurum Xarici İşlər Nazirliyinin tabeliyinə keçəcək və Diasporla İş üzrə Departament kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. 2008-ci ildə isə bu komitənin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi təşkil edilib.
Aradan keçən 13 ildə quruma ancaq bir nəfər - onun indiki sədri Nazim İbrahimov rəhbərlik edib. "Hazırda komitənin fəaliyyəindən ciddi narazılıq var. Hesab edilir ki, o qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində kifayət qədər funksionallıq nümayiş etdirə bilmir. Bundan başqa, Nazim İbrahimovla Azərbaycanın müxtəlif ölkələrdəki bir sıra nüfuzlu diaspor liderləri arasında kəskin münasibətlər mövcuddur. Onlar elə bu səbəbdən İbrahimovun rəhbərlik etdiyi komitə ilə əməkdaşlıqda maraqlı və həvəsli deyillər. Bu da Diasporla İş üzrə Dövlət Komitəsi ilə bağlı müəyyən islahatların aparılmasını zəruri edir" deyə mənbələrimiz bildiriblər.
Xatırladaq ki, son günlər bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərindən sonra oxşar funksiyaları həyata keçirən bir sıra nazirlik və komitələrin ləğv ediləcəyi və ya birləşdiriləcəyi ilə bağlı məlumatlar yayılır. Belə görünür, artıq Diasporla İş üzrə Dövlət Komitəsi də həmin aqibəti yaşayacaq qurumlardan birinə çevrilir.
İlkin Hüseynli
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52