Milli Məclis oliqarxlara yeni zərbə hazırlayır
10:51 24-09-2015
İQTİSADİYYAT
Azərbaycanda vəzifəli şəxslərə şok həbs təhlükəsi!
Azərbaycanda vəzifəli şəxslərə kənd təsərrüfatı təyinatlı torpaqlardan özbaşına torpaq sahələri ayıracaqları, həmin torpaqlarda tikinti aparacaqları və yaxud başqa işlər görəcəkləri təqdirdə xüsusi cəzalar tətbiq oluna bilər.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə 314-2.1-1 maddəsi əlavə olunur: "Yeni maddəyə görə, qanunvericilikdə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud həmin torpaq sahələrində tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməyə görə həmin vəzifəli şəxsə, 1 ilədək islah işləri və ya 3 ilədək müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunur".
Layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Demək artıqdır ki, sözügedən layihə qəbul edilərsə, bu daha çox iri məmurlara ağır zərbə olacaq. Hamı bilir ki, onlar Bakı və ətrafında, eləcə də ölkənin digər yerlərində ucsuz-bucaqsız torpaq sahələrini əksər hallarda qanunsuz yollarla ələ keçiriblər.
Buna görə isə belə oliqarx-məmurlara uzun müddət "gözün üstə qaşın var" deyən tapılmayıb.
Amma ümid edək ki, Cinayət Məcəlləsinə ediləcək sözügedən əlavə vəzifəli şəxslərin kənd təsərrüfatı təyinatlı torpaq sahələrini şəxsi maraqlar naminə və qeyri-qanuni vasitələrlə özününküləşdirmə prosesinə son qoyacaq. Eyni zamanda belə oliqarx-məmurlar üçün işlək cəza mexanizmi yaradacaq.
"Unikal"ın mövzu ilə bağlı araşdırması göstərir ki, , 1990-cı ildə yaşıl çay əkmələrinin sahəsi 13 min hektar, 1995-ci ildə 11,4 min hektar olubsa, 2009-cu ildə bu göstərici 0,8 min hektara, 2010-cu ildə isə 0,6 min hektara düşüb. 1984-cü ildə bar verən yaşda üzüm əkmələrinin sahəsi 210 min hektar, 1994-cü ildə 105 min hektar olubsa, 2010-cu ildə bu göstərici 11 min hektara düşüb. Meyvə və giləmeyvə əkmələrinin sahəsi də 1990-cı illə müqayisədə 8% azalıb.
Bundan başqa, bir neçə il əvvəlki statistikaya görə, Azərbaycanda Ümumi Torpaq Fondunun 3,5 milyon hektarı və ya 40%-dən çoxu, bəzi rayonlarda isə hətta 70-85%-i müxtəlif dərəcədə erroziyaya uğrayıb: "Kənd təsərrüfatında istifadə olunan torpaqların 770 min hektardan çoxu və ya 17%-ə qədəri erroziyaya uğrayıb.
Yəni bir tərəfdən təbii proseslər, digər tərəfdən isə oliqarxların tamahı Azərbaycanda əkin sahələrinin kəskin azalmasını şərtləndirib.
Artıq bu vəziyyətə son qoymağın vaxtı çatıb. Ölkəmiz post-neft dövrünün astanasında olduğu bir vaxtda kənd təsərrüfatını inkişaf etdirməyin əhəmiyyəti daha dərindən anlaşılır. Bunun yollarından biri isə iri məmurların aqrar təyinatlı torpaq sahələri üzərində hegemonluğuna son qoymaqdır.
Hələlik isə ilk növbədə gələcəkdə oxşar halların yaşanmamasına çalışmaq, bu cür halların qarşısını almaq vacibdir.
Bu mənada Milli Məclisin bu ayın sonunda müzakirəyə çıxaracaq layihənin qəbulu isə haqqında danışdığımız istiqamətdə ilk addım olardı. Əlbəttə, qanuna müvafiq əlavə etməklə də iş bitmir. Həmin əlavənin işləkliyni təmin etmək də mühüm məsələdir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52