Hacıbala Abutalıbov çətin durumda!
09:11 29-09-2015
İQTİSADİYYAT
Bakı meri "məhkəmə yağmuruna" düşüb
Son vaxtlar Azərbaycanda ayrı-ayrı nüfuzlu məmurların rəhbərlik etdikləri qurumların məhkəməyə verilməsi halları artıb.
Həmin qurumların ön sırasında isə Hacıbala Abutalıbovun rəhbərlik etdiyi Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) gəlir.
Araşdırma nəticəsində məlum olub ki, bu ilin əvvəlindən BŞİH-lə müxtəlif qurumlar arasında mübahisə predmeti olan bir çox məsələnin həlli məhkəmə müstəvisinə daşınıb.
Məsələn, bu ilin iyununda yayılan məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəs (ƏMDK) Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Buna səbəb Bakı meriyasının "Həsən-96" şirkətinə ayırdığı yer üzrə qanunsuz sərəncam verməsi olub. Yəni dövlətin balansında olan həmin ərazi üçün mütləq Əmlak Məsələləri Dövlət Komitəsindən razılıq alınmalı olmalı olduğu halda, bu, edilməyib. Meriya özəlləşdirilməmiş, dövlət fondunun balansında olan torpaq sahəsi üzərində sərəncam verib. "Həsən-96" isə bu sahə üzərində qanunsuz tikinti aparıb. Kərəm Həsənovun komitəsi məhkəməyə üz tutaraq, tikintinin sökülməsini və ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edib.
Bir neçə gün əvvəl isə məlum olub ki, adıçəkilən Dövlət Komitəsi ilə Hacıbala Abutalıbovun rəhbəri olduğu qurum arasında yenidən məhkəmə çəkişməsi yaranıb. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi (TDİTDA) Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib. ƏMDK sərəncamın və ayrıc aktlarının etibarsız sayılması barədə tələb irəli sürüb. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Bu yaxınlarda həmçinin "Bank Melli İran"ın Bakı filialı da Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib. İran bankı ziyanın ödənilməsini tələb edir. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
"Bank Melli İran"ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.
Bundan başqa, Milli Şura sərbəst toplaşmaq azadlığını pozduğuna görə BŞİH-dən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət edib, belə ki, qurum təyin etdiyi aksiyaya bazar yox, şənbə günü icazə verdiyinə görə BŞİH-dən 10 000 manat maddi, 20 000 manat mənəvi təzminat tələb edib.
Qeyd edək ki, yuxarıda sadalananlar Bakı meriyasına qarşı qaldırılan iddiaların heç də hamısı deyil.
Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə göndərilən iddialar arasında da Bakı şəhər İcra Hakimiyyətinə qarşı açılmış məhkəmə davaları xeyli üstünlük təşkil edir.
Bundan başqa, 2014-cü ildə də paytaxt meriyası ən çox məhkəməyə verilən qurumların başında gəlib. Ötən il BŞİH-ə qarşı 10-a yaxın məhkəmə iddiası qaldırılıb.
Abutalıbovun qurumunun bu qədər çox məhkəməyə verilməsi isə maraq doğurmaya bilməz.
Görünür, paytaxtın icra hakimiyyətinin fəaliyyətində həqiqətən xeyli nöqsanlar var və bu nöqsanlarla rastlaşanların hüquqlarını məhkəmədə təmin etməkdən başqa çıxış yolları qalmır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52