Mərkəzi Bankdan kredit alanlarla bağlı sərt qərar
09:35 10-10-2015
İQTİSADİYYAT
Bundan sonra zaminlər də nəzarətə götürüləcək
Azərbaycanda banklardan kredit götürənlərə zamin durmuş şəxslərlə bağlı məlumatlar daha geniş formada nəzarətə götürüləcək.
Bu barədə Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin rəisi Elçin Həbibov məlumat verib. Onun sözlərinə görə, Mərkəzi Bankın qəbul etdiyi "məsuliyyətli kreditləşmə" tədbirlərinə uyğun olaraq, zaminlərin kimliyi ilə yanaşı, onların paralel öhdəlik kimi götürdüyü kreditə görə aylıq ödənişin məbləği, kredit müqaviləsinin müddəti, kreditin hansı məqsədlə alınması, eləcə də kredit öhdəliyinin yerinə yetirilməmiş hissəsi (borcun məbləği) kimi məlumatlar da zaminlərlə bağlı məlumatlara əlavə edilib.
Qeyd edək ki, yeni qərar hər kəsin kredit alanlara zamin durmasına imkan verməyəcək. Bu, eyni zamanda, problemli kreditlərin azalmasına zəmin hazırlamaqla yanaşı, həm də kredit götürülməsini çətinləşdirəcək.
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52