Rektor xəstələrin qidalanmasına ayrılan vəsaitin azlığından şikayətləndi
08:43 15-10-2015
İQTİSADİYYAT
"Dünya iqtisadiyyatında qeyri-stabilliyin hökm sürdüyü, neftin qiymətinin kəskin ucuzlaşdığı bir vaxtda ölkəmizdə sosial yönümlü büdcənin hazırlanması çox təqdirəlayiqdir. Bu ölkə prezidentinin əhalinin soial müdafiəsinə diqqət və qayğısının nəticəsidir. Çox təqdirəlayiq haldır ki, sosial sahələrin bütün istiqamətində ayrılmış vəsaitin xüsusi çəkisi artıb".
Bunu Milli Məclisdə büdcə müzakirələri zamanı Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanov deyib. O qeyd edib ki, səhiyyə və təhsildə məqsədyönlü proqramlar üçün ayrılmış vəsaitin yenidən yüksək səviyyədə qalması həmin proqramların uğurla həyata keçirilməsinə kömək edəcək:
"Hesab edirəm ki, 2016-cı ilin büdcə zərfində xüsusilə səhiyyə və təhsilə ayrılmış vəsaitlər imkan verəcək ki, səhiyyədə yeni-yeni islahatlar həyata keçirək. İstər səhiyyənin maddi texniki bazasının gücləndirilməsi, istərsə də yüksək ixtisaslı həkim kadrların hazırlanmasında daha qətiyyətli addımlar ataq. Çox təqdirəlayiq haldır ki, səhiyyədə məqsədyönlü proqramlar üçün ayrılmış vəsaitin yenidən yüksək səviyyədə qalması həmin proqramların uğurla həyata keçirilməsinə kömək edəcək. Bu proqramlar əhali arasında böyük tələfat verən xəstəliklərin müalicəsinə və profilaktikasına yönəlib. Hər il bu proqramların sayının artması əhalinin sağlamlığının qorunmasına yönələn məqsədyönlü siyasətin həyata keçirilməsinin bir hissəsidir".
Deputat qeyd edib ki, 2015-ci ildən həyata keçirilən əhalinin və xəstəxanaların mərkəzləşdirilmiş dərman təchizatı barəsində qərarlar bu gün öz nəticəsini verir.
"Bunun nəticəsi olaraq xəstəxanalarda və əhalinin dərman təchizatında olan pərakəndəlik aradan qaldırılıb, dərman preparatlarının keyfiyyəti xeyli yaxşılaşdırılıb. Bu gün Azərbaycanda elə bir patologiya, xəstəlik, elə bir mürəkkəb cərrahi əməliyyat yoxdur ki, Amerikada, Avropada həyata keçirilsin, bizdə yox. Bu gün səhiyyəmizin maddi texniki və kadr potensialı buna imkan verir.
Əhliman Əmiraslanov bu gün xəstələrin qidalanmasına ayrılan vəsaitin də çox az olduğunu vurğulayıb: "Qida məhsullarına ayrılan vəsaitin artmasını nəzərə alsaq, bu, kifayət etmir. Koxlear implantasiya istiqamətində müəyyən addımlar atılıb. Səhiyyə Nazirliyi öz vəsaiti hesabına xeyli implant sifariş edib.
Heydər Əliyev Fondu bu istiqamətdə müəyyən işlər görüb. Maliyyə Nazirliyindən xahişim budur ki, bu sahədə məqsədyönlü şəkildə vəsaitin ayrılmasını nəzərdə tutsun. Bu ildə 180-200 xəstədir, bunun üçün Bu implantların alınması, Azərbaycana gətirilməsi vacibdir və onları əməliyyat edən həkim briqadaları artıq yekunlaşıb".
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52