"WhatsApp"-dakı mesaj ölkəni qarışdırdı
11:08 16-10-2015
İQTİSADİYYAT
12 uşağın guya dərmandan ölməsi xəbəri müvafiq dövlət qurumlarını hərəkətə gətirdi...
"Təcili! Hamı paylaşsın! 3-12 yaşlı 12 uşaq qəflətən keçinib". "Unikal" qəzeti bildirir ki, dünəndən başlayaraq sosial şəbəkədə, eləcə də WhatsApp vasitəsilə bu məzmunda mesajlar yayılır. Xəbərdə göstərilir ki, uşaqlar dərman preparatlarından baş verən allergiya nəticəsində dünyasını dəyişşiblər.
Mesajda daha sonra deyilir: "Reaksiya o qədər ciddi olub ki, uşaqlardan heç birini xəstəxanaya çatdırmaq mümkün olmayıb. Onlar ya evdə, ya da xəstəxanaya gedərkən keçiniblər. Hazırda polis iş üzrə araşdırma aparır, amma bütün dərmanların satışdan yığışdırılması mümkün olmayıb. Məlum olub ki, uşaqların qəbul etdiyi bütün dərman vasitələri ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib və təhlükəli saxta məhsuldur".
Mesajda həmçinin uşaqların ölümündə şübhəli bilinən dərmanların siyahısı da verilib: "Amoksiçilin" ( AMOKSİÜİLLİN) həb, "Ubuprofen" sirop, "Alhlofenak" "SUMAMED", "İNQALİPT", "ANTİSEPT", "İNFLÖÜİD", "DETSKİY PANADOL", "SANASOL".
Mesajın ictimailəşməsindən sonra isə məsələ geniş rezonans doğurdu. Vətəndaşlar arasında panikanın yaradıldığını, narahatlığın getdikcə artdığını görən müvafiq dövlət qurumları isə mətbuat vasitəsilə xüsusi açıqlamalar verməyə məcbur oldular. İlj reaksiya isə gözlənildiyi kimi Səhiyyə Nazirliyindən gəldi.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova mövzuyla bağlı xüsusi açıqlamasında deyib ki, yayılan xəbərlərin əsası yoxdur: "Eyni məzmunlu məlumat 2 il əvvəl Gürcüstan, Qazaxıstan və Rusiyada da yayılıb. Lakin araşdırma zamanı dərmanların əks təsiri təsdiqini tapmayıb. Maraqlıdır ki, hər iki ildən bir bu məlumatı paylaşırlar".
S.Əhmədova eyni zamanda bildirilib ki, sadalanan dərmanlar iddia oplunduğu kimi heç də Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmir: "Bu dərmanlar dövlət qeydiyyatına alınıb. Sadəcə sosial şəbəkədə yalan məlumat yayılmasının qarşısını almaq mümkün deyil. 12 uşağın ölməsi yalandır. Belə bir hadisəni gizlətmək mümkündürmü?"
S.Əhmədova onu da qeyd etdi ki, bəzən köhnə məlumatların tarixinə nəzər salmadan yayılması insanlarda çaşqınlıq yaradır: "Radioların biri 2008-ci ilin xəbərini yenilik kimi yaymışdı. Digərləri də ona istinad edərək vermişdi. Araşdırılandan sonra köhnə xəbərin verildiyini gördük. Belə məlumatlarla insanları aldatmaq olmaz".
Səhiyyə Nazirliyinin ardınca isə Daxili İşlər Nazirliyi də məsələyə münasibət bildirib: "Bu gün səhər saatlarında "Whatsapp" istifadəçilərinə gələn xəbərdarlıq xarakterli məlumatlar təxribat xarakterlidir". Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu barədə telefonuna məlumat daxil olan şəxslərə ərazi üzrə polis bölməsinə müraciət etmələrini də məsləhət görüb. "Bu zaman araşdırmanın nəticəsinə uyğun qanuna müvafiq şəkildə tədbir görüləcək. Çünki birdən-birə 12 uşağın dərmandan zəhərlənib ölməsi ciddi məsələdir. Belə hadisə baş versəydi, bu barədə bizdə məlumat olardı. Bu, təxribat xarakterli məlumatdır".
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə açıqlamasında 12 uşağın dərmandan zəhərlənib ölməsi ilə bağlı məlumatın əsassız olduğunu deyib: "Bu məlumatlar tam əsassızdır. Belə bir hadisənin qeydə alınmadığı halda ictimailəşməsinin əleyhinəyəm".
Elvin
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05