«Delfin» Hotel Anar Məmmədovdan alındı
Son günlər nəqliyyat naziri Ziya Məmmədov və onun yaxın ətrafında baş verənlər diqqət mərkəzindədir.

Bu barədə unikal.org-a daha bir ilginc məlumat daxil olub. Nəqliyyat nazirinin yaxın çevrəsindən əldə etdiyimiz məlumata görə, Ziya Məmmədovun oğlu Anar Məmmədova qarşı da konkret addımlar atılmağa başlayıb. Mənbəmiz deyib ki, Bakı-Sumqayıt yolunun kənarındakı məşhum Delfin Hotel də nazir oğlundan alınıb.

Qeyd edək ki, hotelin administrative rəhbərliyi və digər personal nümayəndələri də dəyişdirilib.