Baş Prokurorluq: MTN-in 7 vəzifəli şəxsi həbs edilib
15:19 20-10-2015
İQTİSADİYYAT
Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
2025-01-11 12:12:12
2025-01-10 15:56:25
2025-01-10 11:32:21
2025-01-10 09:44:53
2025-01-10 09:43:56
2025-01-10 09:23:11
2025-01-10 09:17:22
2025-01-09 21:02:23
2025-01-09 15:47:14
2025-01-09 15:20:23
2025-01-09 11:39:00
2025-01-09 10:22:22
2025-01-09 09:49:20
2025-01-09 09:37:00
2025-01-09 09:34:00
2025-01-09 09:13:09
2025-01-08 17:03:00
2025-01-08 16:36:00
2025-01-08 11:37:00
2025-01-08 11:17:09