MTN-nin 7 vəzifəli şəxsi həbs olundu
10:53 21-10-2015
İQTİSADİYYAT
Prezident İlham Əliyev Mədət Quliyevi milli təhlükəsizlik nazirinin birinci müavini təyin etdi
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib. Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Dünən Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu"nda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 3, maddə 144, ¹ 9, maddə 677; 2005, ¹ 6, maddə 480, ¹ 10, maddə 910; 2006, ¹ 12, maddə 1055; 2007, ¹ 11, maddələr 1106, 1117; 2008, ¹ 3, maddə 177; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 4, maddə 294; 2011, ¹ 2, maddələr 81, 85; ¹ 6, maddə 494; 2012, ¹ 11, maddələr 1108, 1109; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 aprel tarixli 387 nömrəli, 2007-ci il 12 mart tarixli 542 nömrəli, 2008-ci il 31 yanvar tarixli 708 nömrəli və 21 noyabr tarixli 20 nömrəli, 2009-cu il 6 fevral tarixli 45 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu"nda dəyişiklik edilib.
Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Mədət Quliyev bu posta təyin edilib. Qeyd edək ki, Mədət Qəzənfər oğlu Quliyev hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general-leytenantdır.
Xatırladaq ki, bu vaxta qədər milli təhlükəsizlik nazirinin birinci müavini postunu general-leytenant Hilal Əsədov tuturdu. Prezidentin bu sərəncamı onu göstərir ki, nazir Eldar Mahmudovla bərabər H. Əsədov da artıq öz vəzifəsindən azad edilib.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53