Ziya Məmmədovun deputat qardaşı Avtovağzalda üsyan hazırlayır
10:51 22-10-2015
İQTİSADİYYAT
Elton Məmmədov tərəfindən aldadılan sahibkarlar aksiya anonsu verdi...
Məlum olduğu kimi, ölkə prezidenti İlham Əliyev Nazirlər Kabinetinin məlum müşavirəsində sahibkarlara qarşı təzyiqlərin olmasını önə çəkərək bununla bağlı sərt cəzalanmaların olacağını bildirib. Prezident həmin toplantıda açıq şəkildə bəyan etdi ki, yoxlama və təftiş adı altında sahibkarların sıxışdırılması baş verir ki, bütün bunlara da təcili olaraq son qoyulmalıdır.
Ölkə başçısının bu sərt tapşırığından sonra bu sahədə inqilabi islahatlara rəvac verilib. Artıq sahibkarlara qarşı qanunsuz əməllər törədənlərin sərt şəkildə cəzalandırıldığının şahidinə çevrilməkdəyik. Bununla yanaşı prezidentin göstərişi ilə sahibkarların yoxlanılması halları 2 il müddətinə dayandırılıb. Belə ki, Nazirlər Kabinetindən verilən tapşırıqlara uyğun olaraq, 2015-ci il oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Layihəyə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Eyni zamanda İ.Əliyev tərəfindən imzalanmış Fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulub. Qeyd edək ki, dövlət başçısı tərəfindən verilən sözügedən qərarlar sahibkarlar üçün geniş fəaliyyət üfüqləri açıb.
Bütün bunlardan sonra isə prezidentin dəstəyindən ürəklənən sahibkarların qarşılaşdıqları haqsızlıqlarla bağlı açıq şəkildə danışması müşahidə olunur. Əgər bu vaxta qədər sahibkarlar nədənsə çəkinərək onlara olunan təzyiqlərlə bağlı çıxış etməkdən çəkinirdisə artıq indi əks prosesin şahidiyik. Elə "Unikal" qəzetinə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun əməllərini ifşa edən şok müraciətin daxil olması da bu baxımdan maraq doğurur.
"Unikal" qəzetinə daxil olan məlumatda bildirilir ki, millət vəkili Elton Məmmədov Bakı Beynəlxalq Avtovağzalında sahibkarlara qanunsuz satdığı yerin pulunu qaytarmaq isəmir və bu da özlüyündə yeni etiraz dalğasının yaranmasına gətirib çıxarıb. Əldə etdiyimiz informasiyaya görə, artıq Bakı Beynəlxalq Avtovağzalında fəaliyyət göstərən sahibkarlar üzləşdikləri haqsızlığa etiraz əlaməti olaraq aksiyaya hazırlaşırlar. Bu barədə məlumat verən sahibkarın sözlərinə görə, yüzlərlə sahibkar qanusuz bölgünün qurbanı olub və indi onlar arzuolunmaz durumla qarşılaşıblar.
Sahibkarları ayağa qaldıran olayın təfərrüatlarını isə sahibkar belə təsəvür edir: «Avtovağzaldakı ticarət mərkəzi fəaliyyətə başlayanda Elton Məmmədovun sağ əli sayılan və pul yığımı prosesini həyata keçirən Əli adlı şəxs yanğın təhlükəsizliyi üçün nəzərdə tutulan ara yerləri də biznesmenlərə satıb, bəzilərini isə icarəyə verdi. Yanğın təhlükəsizliyi üçün nəzərdə tutulan həmin ara yerlər sahibkarlara 20-30 min manata başa gəlib. Amma yeni rəhbərlik gələn kimi qanunun tələblərinə əsaslanaraq, həmin obyektləri sökməyə başlayıb. Biz isə bir ətək pul verib, obyekt düzəltmişik, buradan ailələrimizin gündəlik ruzisini qazanırıq. Məsələ bundan ibarətdir ki, illərdir bizə obyektimizin qanunsuz olduğunu deməyiblər. Əgər bizim obyektlər doğrudan da qanunsuz idisə, Elton Məmmədov və onun Bakı Beynəlxalq Avtovağzalındakı adamı Əli niyə bu yerləri bizə satırdı? Ona görə də biz pulumuzu tələb edirik. Amma indi ortalıqda nə Əli var, nə də Elton Məmmədov. Əgər qısa müddətdə pulumuzu geri qaytarmasalar, etiraza başlayacağıq".
Cənab prezident sahibkarlara şərait yaradılması üçün bütün lazimi addımları atdığını və bu addımların onlar tərəfindən böyük məmnuniyyətlə qarşılandığını bildirən müraciət müəllifləri baş verənlərə görə Elton Məmmədovun cəzalandırılmasını tələb edirlər: "Hazırda nə edəcəyimizi bilmirik. Elton Məmədov və adamları pulumuzu mənimsəyib aradan çıxmağa çalışır. Müvafiq orqanlardan xahişimiz odur ki, pozulmuş hüququmuzun bərpası üçün bizə yardımçı olsunlar».
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53