Suriyada Rusiya-ABŞ qarşıdurması nə vəd edir?

Dünya hegemonluğuna can atan Qərbə qarşı dirəniş beynəlxalq ölçüdə güc nisbətini dəyişməkdədir

Amerika və Avropa mediasında Rusiyanın Suriyada İŞİD-ə qarşı keçirdiyi hərbi əməliyyatların bumeranq effektilə özünə zərbə vuracağı iddiaları ortaya atılıb. Durmadan səsləndirilən həmin iddialara görə, Kremlin Suriya və Ukraynada həyata keçirdiyi əməliyyatlar federasiya daxilində separatizm və terrorizm dalğası yaradacaq. Bununla belə bir sıra ekspertlər bu kimi iddiaların Qərb koalisiyası, əsasən də ABŞ tərəfindən ortaya atıldığını və Rusiyanın rəhbərlik etdiyi anti-teror koalisiyasının beynəlxalq fəaliyyətinə kölgə salmaq niyyəti güddüyünü iddia edirlər. Maraqlıdır, bəs Rusiyanın inadla həyata keçirdiyi anti-İŞİD hərbi əməliyyatları bölgə dövlətləri və dünya üçün hansı perspektivi vəd edir?

Bəribaşdan etiraf olunmalıdır ki, bölgədə vəziyyət onsuz da gərgin idi, Rusiyanın hərbi əməliyyatlara start verməsindən sonra isə vəziyyət bir qədər də gərginləşib. Düzdür, Qərb tərəfindən yaradılan və maliyyələşən, NATO-nun gizli ordusu adlandırılan və birbaşa Ağ Evdən idarə olunan İŞİD, "əl-Nüsrə", "Azad Suriya Ordusu", "əl-Qaidə" kimi terror təşkilatlarına ağır zərbə vurulması əks təsirlərə gətirib çıxara bilər: Bununla belə bu böyük miqyasda ola bilməz, uzaqbaşı Rusiyada 1-2 terror aktı törədə bilərlər. Lakin bu əməliyyat başlamazdan xeyli qabaq Moskvada bütün bunlar göz altına alınıb. Rusiya xüsusi xidmət orqanları bütün vasitələrlə bunun qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini son həddə qədər gücləndirib. Yeri gəlmişkən, Suriyada terror təşkilatların vurulmasından narahat olan ABŞ-ın müdafiə naziri bu yaxında buna işarə etmişdi, dolayı yolla İŞİD-i Rusiyada terror aktı törətməyə çağırmışdı, bundan bir neçə gün sonra Moskvada belə cəhd oldu, lakin bunun qarşısı alındı və terrorçular həbs edildilər.
Artıq Rusiya Hərbi-Kosmik Qüvvələrinin hava əməliyyatları nəticəsində terror təşkilatlarının demək olar ki, bütün əsas bazaları darmadağın edilib, ümumilikdə 750 obyekt məhv edilib. Suriya və İraq ordusunun yerüstü əməliyyatları nəticəsində isə xeyli terrorçu məvh edilib, çoxlu sayda şəhər və kənd azad edilib, sağ qalan terrorçuların kütləvi qaçışı və təslim olması müşahidə olunur. Prosesə İran da aktiv dəstək verir, anti-terror koalisiyasına Çin və Kuba da qoşulub. Bütün bunlar təbii olaraq və gözlənildiyi kimi Qərbi əsəbiləşdirir və sonradan hamısı yalan çıxan dezinformasiyalar yayımlanlır. İraqın Rusiyanı öz ərazisində terrorla mübarizəyə dəvət etməsinə qarşı ABŞ İraqı hədələyir. Lakin bunların hansısa gözlənilən faydanı verəcəyi inandırıcı deyil– son hadisələrdə bütün dünya terroru kimlərin yaratdığını və idarə etdiyini, kimlərin terrora qarşı mübarizə apardığını açıq şəkildə gördü. Şübhə yoxdur ki, dünyada şərtlər, qüvvələr nisbəti artıq dəyişir, Qərb hegemonluğuna qarşı ciddi müqavimət təşkilatı yaranıb– həmi siyasi, həm hərbi, həm də iqtisadi cəbhələrdə. Son nəticədə bu Yaxın Şərqdə terrorun kökünün kəsilməsinə, ölkələrə qarşı maliyyə-iqtisadi, siyasi, hərbi təzyiq və təcavüzlərə son qoyulmasını təmin edəcək. Bu proseslərdən təbii ki, Azərbaycana da fayda var və olacaq.
Suriyadakı proseslərin Ukrayna ilə birbaşa əlaqəsi ehtimalına gəlincə isə burada ciddi bağlılığın olduğunu düşünmək üçün əsaslar yetərli deyil. Suriyada, ümumiyyətlə Yaxın Şərqdə ABŞ-ın bütün mövqeləri ələ keçirməsi, güclü terror təşkilatları vasitəsilə regionu nəzarətdə saxlaması təbii ki, Rusiyanın fövqəldövlət maraqlarına cavab vermirdi. Bundan başqa, Suriya Yaxın Şərqdə Rusiyanın əsas müttəfiqlərindən biridir və orada Rusiyanın hərbi-dəniz bazası da var. Bir vacib məqamı da unutmaq olmaz ki, əgər Suriya dövləti məhv edilsəydi, Qərb regionu tamamilə ələ keçirəcəkdi, Rusiya və Çini iqtisadi blokadaya alacaqdı. Buradakı nəhəng neft qaz ehtiyatlarını ələ keçirən ABŞ istədiyi vaxt kranı burub Çin iqtisadiyyatını iflic vəziyyətinə sala bilərdi, İran və Rusiya üçün ciddi təhlükələr yarada biləcəkdi. Bunun qarşısı alındı və Qərb qlobal mat vəziyyətində qoyuldu. Bu, Qərbin Ukraynadan sonra növbəti sarsıdıcı məğlubiyyəti oldu. Ukraynada qanuni hakimiyyəti devirən NATO, bu ölkəyə ancaq fəlakət və faciələr bəxş etdi– çevriliş vasitəsilə hakimiyyətə gətirdiyi öz agentləri vasitəsilə nümunəvi bir ölkəni xaraba qoydu, onları öz qardaş xalqı və yaxın qonşusu ilə düşmən vəziyyətə gətirdi. Faktlar budur. Artıq getdikcə daha çox ölkədə başa düşürlər ki, Qərb onlara ancaq faciə və problemlər gətirir. Bu cəhətdən getdikcə dünyada ölkələri parçalamaq, onlara təcavüz etmək, sərvətlərini talamaq mümkün olmur. Dünya artıq dəyişib və yeni dünyada Qərbin qlobal hegemonluq dövrü başa çatıb.
Elvin