Tahir Mirkişili: "Lisenziyalar bürokratik əngəl rolu oynamamalı, tənzimləyici bir vasitəyə çevrilməlidir"
11:27 23-10-2015
CƏMİYYƏT
Sumqayıt şəhəri, 42 saylı seçki dairəsindəm deputatlığa namizəd, iqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili elektron lisenziyalarla bağlı maraqlı fikirlər səsləndirib.
Onun yezislərini olduğu kimi təqdim edirik:
Azərbaycanda Ümum Daxili Məhsulun formalaşmasında özəl sektorun payı 88% ə çatır. Bu şəraitdə özəl sektorun fəaliyyətinin düzgüntənzimlənməsi, bürokratik və qeyri-iqtisadi maneələrinaradan qaldırılması, iqtisadi fəaliyyətin tam şəffaflaşdırılması, kiçik və orta sahibkarlığın daha da həvəsləndirilməsi bu sektorun daha da inkişafına, əlavəiş yerlərinin açılmasına, xarici bazarlarda baş verəniqtisadi çətinliklərin bizim ölkməmizdə daha da az hiss olunmasına gətirib çıxardacaqdır. Bu baxımdanAzərbaycan Prezidenti cənab İlham Əliyevin 19 oktyabr tarixli fərmanı sahibkarlığın inkişafı yolundaçox mühüm və ciddi təkanverici bir addımdır.
Hazırda Azərbaycanda 23 dövlət qurumu 59 fəaliyyətnövü üzrə sahibkarlıq fəaliyyətinə xüsusi razılıq(lisenziya) verir. Fərmanda lisenziya tələb olunanfəaliyyət növlərini sayının azaldılması, lisenziyaverilmə prosedurlarının sadələşdirilməsi və şəffaflığıntəmin olunması və Elektron Lisenziya portalınınyaradılması tələb olunur.
Hal-hazırda lisenziya alınmasında ümumi olaraqsahibkarlardan 5 növ sənəd tələb olunur, fəaliyyətnövündən asılı olaraq isə əlavə xüsusi sənədlər tələbolunur ki, burda ciddi olaraq bürokratiyanınazaldılması hesabına sadələşdirməyə getməkmümkündür. Elektron Hökumətin imkanlarındanistifadə etməklə tələb olunan sənədlərin əksəriyyətiniümumi məlumat bazasından əldə etmək olur. Bu isəlizensiya verilməsi proseduralarını ciddi şəkildəsadələşdirməyə imkan verəcəkdir.
Mövcud qanunvericiliyə uyğun olaraq İqtisadiyyat vəSənaye nazirliyi ölkədə verilən bütün lisenziyalarınelektron reestrini aparır. Nazirliyin elektron idarəetməimkanları lisenziya verilməsi prosedurunun daha da sadələşdirilməsi, onların təhlil edilməsi və operativliyintəmin olunmasına imkan yaradır.
ASAN xidmət mərkəzləri nəinki Azərbaycanda, artıqdünya miqyasında şəffaflığın və vətəndaşlara xidmətinbir etalonuna çevrilmişdir. ASAN xidmətmərkəzlərində vətəndaş məmuniyyəti 98%-ə çatır ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir. Fikrimcə ASAN xidmət mərkəzlərinin potensialıfərmanda qeyd edildiyi kimi, lizensiya verilməsindəşəffaflığın tam təmin olunmasına şərait yaradır.
"Elektron Lisenziya"nın tətbiqi çox mühüm biraddımdır. Bu iqtisadi münasibətlərdə və iqtisadiidarəetmədə tamamilə yeni bir səhifənin açılmasıdeməkdir.
Hazırda dünyada baş verən iqtisadi təlatümlərərəfəsində iqtsadiyyatın çevik tənzimlənməsi çoxmühümdür. Ölkə Prezidentinin iqtisadiyyatınşaxələndirilməsi, qeyri neft sektorunun inkişafı iləbağlı apardığı uğurlu iqtisadi siyasətin tərkib hissəsiolan bu fərman yaxın müddətdə öz müsbət nəticəsiniverəcəkdir. Sahibkarlıq sahəsində yoxlamaların 2 ilmüddətinə dayandırılması artıq sahibkarlar arasındaçox mühüm ruh yüksəkliyinə səbəb olmuş, iqtisadiaktivliyə gətirib çıxarmışdır.
Bütün bunları nəzərə alaraq söyləmək olar ki, lisenziyalar bürokratik əngəl rolu oynamamalı, tənzimləyici bir vasitəyə çevrilməlidir. Və belə də olacaqdır.
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18