Ramil Usubov deputatın rəis oğlunu işdən çıxardı
13:27 26-10-2015
İQTİSADİYYAT
Daxili İşlər naziri Ramil Usubov daha bir rəisi işdən çıxarıb.
Nazirin əmriylə Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov tutduğu vəzifədən azad edilərək, sərəncama götürülüb.
Elşad Məmmədov millət vəkili, nazirlə yaxın münasibətləri ilə seçilən Elman Məmmədovun oğludur. O, 1993-cü ildən başlayaraq yol polisində çalışır.
Elman Məmmədov xəbəri təsdiqləyib. O, AzVision.az-a açıqlamasında deyib ki, oğlu işdən öz ərizəsi ilə çıxıb: "Oğlum öz ərizəsi ilə işdən çıxıb. Hazırda sərəncama götürülüb. Ola bilsin ki, yaxın vaxtlarda yeni işlə təmin olunsun".
Digər Xəbərlər
2025-01-11 12:12:12
2025-01-10 15:56:25
2025-01-10 11:32:21
2025-01-10 09:44:53
2025-01-10 09:43:56
2025-01-10 09:23:11
2025-01-10 09:17:22
2025-01-09 21:02:23
2025-01-09 15:47:14
2025-01-09 15:20:23
2025-01-09 11:39:00
2025-01-09 10:22:22
2025-01-09 09:49:20
2025-01-09 09:37:00
2025-01-09 09:34:00
2025-01-09 09:13:09
2025-01-08 17:03:00
2025-01-08 16:36:00
2025-01-08 11:37:00
2025-01-08 11:17:09