Oqtay Əsədov: "Azərbaycan Qərbin təzyiqinə məruz qalır"
15:00 26-10-2015
İQTİSADİYYAT
"Azərbaycan Rusiya əleyhinə sanksiyalara qoşulmaqdan imtina etdiyi üçün Qərb ölkələrinin təzyiqlərinə məruz qalır".
Bu sözləri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov rusiyalı jurnalistlərə açıqlamasında deyib. "Bizim prezidentimiz müstəqil siyasət yeritmək istəyir və bu, çoxlarının xoşuna gəlmir. Bizə olan təzyiqlərin əsl səbəbi budur", - deyə o, söyləyib.
O. Əsədov ATƏT DTİHB-in Azərbaycanda seçkiləri izləməkdən imtina etməsi məsələsinə də aydınlıq gətirib: "Bizə məktub göndərdilər ki, Azərbaycana 400 müşahidəçi göndərəcəklər. Biz sual verdik ki, niyə 400, sizin metodologiyanıza nə oldu? Bizim 9 milyon əhalimiz var, siz 400 nəfər göndərirsiniz. Ukraynada 45 milyondur, ora da 400 nəfər göndərirsiniz. Türkiyədə 80 milyon insan yaşayır, amma oraya ümumiyyətlə, 18 nəfər göndərmisiniz. Onlar metodologiyanı izah etməyərək müşahidə missiyası göndərməkdən imtina etdiklərini açıqladılar və bunu Azərbaycanın müşahidəçiləri qəbul etməyə hazır olmadığı kimi əsaslandırdılar. Bizdə seçkiləri 22 beynəlxalq təşkilat müşahidə edəcək. Bu, kifayətdir. MDB Parlamentlərarası Assambleyası, MDB, AŞPA var. Onlar iştirak edəcəklər və bu, yetərlidir".
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52