Etibar Əliyev "Bank Technique"yə rəhbər qaytarıldı
14:47 27-10-2015
CƏMİYYƏT
Azərbaycanın tanınmış və peşəkar bankçısı Etibar Əliyev əvvəllər rəhbəri olduğu "Bank Technique"yə yenidən rəhbər gətirilib. O, bu gündən, oktyabrın 27-dən etibarən işə başlayacaq.
E.Əliyev bu gün Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla görüşüb. Bundan sonra o, "Bank Technique"nin mərkəzi ofisinə gedib.
Xatırladaq ki, E.Əliyev bir müddət əvvələ qədər "Texnikabank" adlanan bankın Müşahidə Şurasına rəhbərlik edib. O, 2012-ci ilin mart ayında vəzifəsindən çıxarılmışdı.
E.Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həbs olunmuşdu. Bir müddət həbsdə saxlanılan E.Əliyev bu yaxınlarda azadlığa buraxılmışdı.
E.Əliyev faktı "Unikal"a təsdiqləyib.
Digər Xəbərlər
2024-12-29 17:34:29
2024-12-29 17:31:49
2024-12-29 17:26:00
2024-12-29 17:09:36
2024-12-29 16:42:39
2024-12-29 16:26:03
2024-12-29 16:09:22
2024-12-29 15:55:33
2024-12-29 15:16:00
2024-12-29 15:07:07
2024-12-29 15:06:00
2024-12-29 14:56:27
2024-12-29 14:55:20
2024-12-29 14:38:32
2024-12-29 14:14:05
2024-12-29 14:02:44
2024-12-29 13:54:29
2024-12-29 13:52:10