"MTN işi" ilə əlaqədar 15 nəfər həbs olundu
12:28 29-10-2015
İQTİSADİYYAT
Həbs olunanlar arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri də var
Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə bağlı başlanan cinayət işi üzrə həbs olunanların sayı 15-ə çatıb.
APA-nın məlumatına görə, iş üzrə artıq 15 nəfər barəsində həbs, bir neçə nəfər barəsində isə başqa yerə getməmə qətimkan tədbiri seçilib.
Barəsində həbs qətimkan tədbiri seçilənlər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılırlar. Həbs olunanlar arasında MTN-in əməkdaşları ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri də var.
Qeyd edək ki, bir müddət əvvəl Səbail Rayon Məhkəməsinin qərarı ilə MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovun hər birinin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra Bakı Telefon Rabitəsi İstehsal Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov istintaqa cəlb olunub və məhkəmənin qərarı ilə barəsində həbs qərarı verilib. Onun MTN-in sabiq naziri Eldar Mahmudovun yaxın qohumu olduğu bildirilir.
Baş verən hadisələrlə bağlı MTN-də kadr islahatları da həyata keçirilir. Nazirlikdə bir neçə yüksək rütbəli şəxs vəzifəsindən azad olunub, yaxud başqa vəzifəyə keçirilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
"Unikal" olaraq bildirək ki, Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən olaylarla əlaqəli olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun həbs olunub. Həbslə yanaşı, aparat rəhbərinin xidməti kabineti möhürlənib, onun evində və bağında axtarış aparılıb. Bir müddət əvvəl vəzifəsindən azad olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov da həbs olunub.Yasamal Rayon Məhkəməsinin qərarı ilə B. Hüseynovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onu da əlavə edək ki, B. Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.
Xatırladaq ki, oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlüksəzilik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub.
Bunun ardınca MTN əməkdaşları barəsində Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə cinayət işi başlanılıb.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-07-18 11:38:37
![Həftəsonu “Kənddən Şəhərə” yarmarkasıtəşkil olunacaq Həftəsonu “Kənddən Şəhərə” yarmarkasıtəşkil olunacaq](/photos/unikal/1721288355.sayt.jpg)
2024-07-18 09:58:00
![Azərbaycan nefti bahalaşdı Azərbaycan nefti bahalaşdı](/photos/unikal/1691560130.1691213757.neft.jpg)
2024-07-18 09:07:00
![Bu günə olan valyuta məzənnələri Bu günə olan valyuta məzənnələri](/photos/unikal/1694150960.valyuta.jpg)
2024-07-17 18:49:56
![Bitum qiymətləri bu siyahıdan çıxarıldı -QƏRAR Bitum qiymətləri bu siyahıdan çıxarıldı -QƏRAR](/photos/unikal/1721227860.6697d810336216697d8103362217212272806697d8103361f6697d81033620.jpg)
2024-07-17 15:43:00
!["Xalq Bank"dan "Visa Infinite" kartını50% endirimlə əldə edin "Xalq Bank"dan "Visa Infinite" kartını50% endirimlə əldə edin](/photos/unikal/1721216623_marja.az_VisaInfinite_XB_800x495.jpg)
2024-07-17 13:22:09
![ARDNF-in aktivləri 58 milyard dolları ötüb ARDNF-in aktivləri 58 milyard dolları ötüb](/photos/unikal/1697786568.dollar.jpg)
2024-07-17 11:18:29
![Ev alanlara 34,6 mln. manatƏDV qaytarılıb Ev alanlara 34,6 mln. manatƏDV qaytarılıb](/photos/unikal/1716281924.edv_130820.jpg)
2024-07-17 11:00:34
![“Auditor xidməti haqqında” qanunda dəyişiklik edildi “Auditor xidməti haqqında” qanunda dəyişiklik edildi](/photos/unikal/5bf555ced4a7f_1477129028_azerbaycanla-venesuela-arasinda-senedler-imzalandi.jpg)
2024-07-17 10:50:18
![Dövlət Xidməti "Hyundai Azərbaycan"a qarşıiş qaldırdı Dövlət Xidməti "Hyundai Azərbaycan"a qarşıiş qaldırdı](/photos/unikal/1721199246.masin.jpg)
2024-07-17 10:25:36
!["Birbank" taksit kartı sahiblərinə "Trendyol" ödənişlərindəhissəli ödəmə imkanı "Birbank" taksit kartı sahiblərinə "Trendyol" ödənişlərindəhissəli ödəmə imkanı](/photos/unikal/1721197599_1200x628 Trendyol.png)
2024-07-17 10:22:00
![Qızıl bahalaşdı Qızıl bahalaşdı](/photos/unikal/1656481040_qizil.jpg)
2024-07-17 09:38:00
![Azərbaycan nefti ucuzlaşdı Azərbaycan nefti ucuzlaşdı](/photos/unikal/1717828723.1691560130.1691213757.neft.jpg)
2024-07-17 09:09:39
![Bu günə olanvalyuta məzənnələri Bu günə olanvalyuta məzənnələri](/photos/unikal/1694150960.valyuta.jpg)
2024-07-16 18:08:01
![Dövlət büdcəsinin xərcləriaçıqlandı Dövlət büdcəsinin xərcləriaçıqlandı](/photos/unikal/1721139336.152895.jpeg)
2024-07-16 17:19:55
![Bu il Qarabağa nə qədər vəsait xərclənib?- RƏSMİ Bu il Qarabağa nə qədər vəsait xərclənib?- RƏSMİ](/photos/unikal/1636615786.qarabag.jpg)