Hacıbala Abutalıbova "saat ittiham"ı
14:05 31-10-2015
İQTİSADİYYAT
Bakı sakinlərini kimlər və necə aldadırlar?
"Paytaxtdakı dayanacaqlarda quraşdırılmış bəzi saatlar hələ də qış vaxtına keçirilməyib". Bunu şəhər sakinləri deyiblər.
Sakin Zəhra Qasımova deyir ki, 3 gün əvvəl səhər işə getmək üçün Üzeyir Hacıbəyli küçəsi ilə Puşkin küçəsinin kəsişməsində yerləşən dayanacağa gəlib: "Dayanacaqda saata baxdım və 08:50 olduğunu gördüm və elə bildim ki işə gecikmişəm. Buna görə də məcbur olub 6 manat verərək taksi ilə işə getdim. İşə çatdıqda isə gördüm ki, qapı bağlıdır və ərazidə sadəcə təhlükəsizlik işçisi var. İşçilər də iş saatı 09:00-da başladığı üçün gec gəldilər və mən 40 dəqiqə yağışlı havada küçədə gözləməli oldum. Sonra başa düşdüm ki, dayanacaqdakı saat qış vaxtına keçirilməyib. Kimlərinsə laqeydliyi səbəbindən həm pulumdan oldum, həm də yağışlı havada gözlədim".
Zəhra Qasımova kimi sakinlər az deyil. Üzərində telefon olmayan və yaxud qol saatı istifadə etməyən insanlar dayanacaqda durduqları vaxt səhv quraşdırılan saatlara baxır və nəticədə də aldanır.
Məsələ ilə bağlı Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, dayanacaqlarda quraşdırılan saatlar onların tabeliyində deyil: "Biz sadəcə dayanacaqda quraşdırılan monitorların vəziyyətinə cavabdehik. Quraşdırılan elektron saatlar, onların işlək olub olmaması yaxud da hansısa problemlər Bakı Şəhər İcra Hakimiyyətinin ixtiyarındadır".
Problemə cavabdeh şəxs Bakı Şəhər İcra Hakimiyyətindən isə məsələyə münasibət öyrənmək üçün edilən zənglərə cavab verən olmayıb.
Burada maraqlı məqam odur ki, bir dayanacaqda quraşdırılan aparatlara fərqli qurumlar cavabdehdir. Dayancaqdakı informasiya tablosuna görə NİİM, elektron saata görə Hacıbala Abutalıbovun rəhbərlik etdiyi Bakı şəhər İcra Hakimiyyəti məsuliyyət daşıyır.
Ümumiyyətlə, düzgün işləməyən saatların və cihazların insanlara heç bir xeyir vermədiyini, əksinə yuxarıda qeyd etdiyimiz vəziyyət kimi hallarda zərər törətdiyini nəzərə alsaq onların nə üçün quraşdırıldığı sual doğurur.
Sovet hakimiyyəti dövründə paytaxt dayanacaqlarında heç də böyük xərc tələb etməyən, lakin çox faydalı işə yarayan karton tabellər olub. Həmin tabellərdə dayanacaqdan keçən avtobusların nömrəsi, neçə dəqiqədən bir ərazidən keçdiyi və hansı saatlarda neçə dəqiqə intervalla hərəkət etdiyi yazılırdı. Bu isə insanlara işlərinin görülməsi üçün kifayət edirdi.
Nəzərə alınsa ki, paytaxt dayanacaqlarının hamısında elektron saatlar quraşdırılmayıb və saatların mövsümü qrafikə keçirilməsi il ərzində iki dəfə baş verir, onda İcra hakimiyyətinin işinin o qədər də çətin olmadığını anlamaq olar. Sadəcə bir sistemə bağlı olan saatların rejimini müəyyən edib, nasaz vəziyyətdə olanları müəyyən etmək və təmir etmək lazımdır.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52