Rövnəq Abdullayevin bankında nə baş verir?
14:06 31-10-2015
İQTİSADİYYAT
"Xalq Bank"ın səhmdarı dəyişdi
Bu il "Xalq Bank" ASC-nin səhmdarları sırasında dəyişiklik baş verib. Belə ki, "Avangard-1" MMC bankın səhmdarları sırasını tərk edib.
"Xalq Bank"ın 2014-cü il üzrə Audit hesabatında göstərilirdi ki, "Xalq Bank" ASC-nin səhmdarları "Ideal Biznes Ko" MMC (50%), "Yevro Standart" (33,85%) və "Avangard-1" MMC-dir (16.15).
Son məlumata görə, "Xalq Bank" ASC-nin səhmdar tərkibi və səhmdarların payı (manatla) aşağıdakı kimidir:
"EuroStandard" MMC - 66 720 690,60 (33,85 %)
"İdeal Business Ko"MMC - 98 562 645,00 (50,00 %)
"Amal Invest Group" MMC - 31 841 954,40 (16,15 %)
Cəmi: 197 125 290,00 (100,00%)
Göründüyü kimi, Bankın səhmdarı "Avangard-1" MMC-ni "Amal Invest Group" MMC əvəz edib.
Qeyd edək ki, "EuroStandard" MMC 37,5% pay ilə "Bank Avrasiya"nın da səhmdarlarından biridir.
Xatırladaq ki, indiyədək mətbuatda yazılanlara inansaq, «Xalq bank»ın qeyri-rəsmi sahibi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevdir. KİV-in bu barədə iddiaları indiyədək rəsmi şəkildə təsdiqlənməsə də, təkzib də olunmayıb.
Vurğulamaq yerinə düşər ki, ARDNŞ-in bir sıra layihələrində «Xalq bank»ın adı keçir. Yəni həmin layihələrin pul köçürmələri məhz adıçəkilən bankın vasitəsilə həyata keçirilir. Bu da «Xalq bank»ın Rövnəq Abdullayevin himayəsində olduğu barədə ehtimalları daha da qüvvətləndirir.
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53