"Nar Mobile" haqqında ittiham
12:03 04-11-2015
İQTİSADİYYAT
Şirkətin limitsiz interneti devalvasiyaya uğrayıb?
Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorlarının müştəriləri mümkün qədər soymaq üçün ən müxtəlif üsullara əl atdığı barədə şikayətlər bitib-tükənmir.
Bura abonentlərin balansından vəsaitin "oğurlanması", cürbəcür şirnikləndirici kampaniyalar , rouminq xidmətindən istifadə edən abonentlərin belinə internetdən azacıq istifadəyə görə heç bir xəbərdarlıq edilmədən minlərlə manatın yüklənməsi və s. daxildir.
Eləcə də 3G+ internet xidmətlərindən istifadə edən abonentlər arasında ödədikləri pulun əvəzində vəd edilən internet trafikini almadıqları haqda şikayətlər geniş yayılıb.
Belə şikayətlərdən biri "Nar Mobile" şirkətinin təklif etdiyi aylıq limitsiz internet paketi barədədir.
Belə ki, bir neçə ildir ayda 20 manat ödəyərək "Nar Mobile" aylıq limitsiz internet paketindən istifadə edən abonentlərdən biri deyib ki, əvvəllər bu paketdən istifadə zamanı internetin sürəti qismən də olsa normal idi. Ancaq son iki-üç ayda aylıq limitsiz internet paketindən istifadədə problemlə üzləşməyə başlayıb.
Ona görə ki, müştəri aylıq limitsiz internet paketini aktivləşdirəndən cəmi 15-16 gün sonra internetin sürətinin kəskin azaldıldığını müşahidə edir.
"Nar Mobile"nin müştəri xidmətinə zəng edəndə isə abonentə deyiblər ki, sürətin yenidən artmasını istəyirsə, ayın tamam olmasını gözləmədən yenidən 20 manat yükləməlidir.
Şirkətdən bunu belə əsaslandırıblar ki, paketin adı "limitsiz" olsa da əslində müştəriyə 15 GB həcmində internet trafiki ayrılır, bu limit bitəndən sonra internetin sürəti azaldılır.
Lakin müştəri deyir ki, o, heç 15 GB həcmində də trafikdən istifadə etməyib, üstəlik internetdən istifadə intensivliyi və yüklənən məlumatların həcmi baxımından əvvəlki tempi keçməyib: "O zaman nəyə görə şirkətin 20 manatlıq aylıq limitsiz internet paketinə görə az qala ikiqat ödəməlidir? Bəlkə "Nar Mobile"də müştərilərə göstərilən internet xidmətinin tariflərini manatın fevral devalvasiyasının təsiri ilə devalvasiyaya məruz qoyublar?"
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52