Ermənistan təlaşda: Azərbaycan Avrasiya İttifaqına daxil olarsa...
12:53 05-11-2015
İQTİSADİYYAT
Rəsmi Bakının Avrasiya İttifaqı ilə bağlı müsbət mesajları nədən xəbər verir?
Məlumdur ki, son vaxtlar Azərbayanın Avrasiya İqtisadi İttifaqına daxil olacağı ilə bağlı xəbərlər müzakirə mövzusuna çevrilib. Artıq xarici işlər naziri Elmar Məmmədyarov və İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova Azərbaycanın bu ittifaqa daxil olmasını istisna etmədiklərini deyiblər.
Bununla belə unudulmamalıdır ki, Ermənistan bu təşkilatın tam hüquqlu üzvüdür. Aİİ-də bütün qərarlar isə konsensus yolu ilə həll edilir. Daxil olmaq prosedurunun başlanması üçün Aİİ-nin bütün üzv dövlətlərinin razılığı alınmalıdır. Elə bu baxımdan da Ermənistanın ölkəmizin üzvlüyünə veto qoyacağı səbəbindən Azərbaycanın Aİİ-yə üzvlüyü o qədər də asan məsələ kimi qiymətləndirilmir.
Bununla belə bəzi ekspertlər Azərbaycanın Aİİ-yə üzvlüklə bağlı niyyətinin ciddi olacağı təqdirdə Rusiyanın Ermənistanı "susduracağı"nın mümkünlüyü versiyasını irəli sürürlər. Bəllidir ki, Ermənistan höküməti keçən tarix boyu daima Rusiyanın vassalı olduğunu dolayısı yollarla bəyan edib. İndi isə Rusiyanın başçılıq etdiyi bir təşkilatda onun vassalının nə qədər söz sahibi olduğu sual doğurur. Təbiidir ki, Ermənistan daxili və xarici siyasətində müstəqil deyil, bir çox hallarda isə rəsmi Yerevanın qərarları elə Moskvadan hazır göndərilir. Bu baxımdan Aİİ-yə üzv olmaq istəyəcəyi təqdirdə Ermənistanın Azərbaycana mane olmaq gücündə olmaması faktdır. Amma məsələnin ikinci tərəfi də var, bu isə ondan ibarətdir ki, Aİİ-yə üzvlük ölkəmizə nə verə bilər və Azərbaycan doğurdanmı bu quruma üzv olmaq niyyətindədir?
Unudulmamalıdır ki, Ermənistanla sülh müqaviləsi bağlanmayana qədər Azərbaycanın bu təşkilata üzvülüyü real görünmür. Belə bir məqamda Ermənistanın bu ittifaqa üzvülüklə bağlı Azərbaycana maneəçilik törətməsi barədə fikirlər düzgün deyil. Amma sülh müqaviləsi bağlandıqdan sonra Ermənistan Azərbaycana bu ittifaqa daxil olmaqla bağlı etiraz edə bilməz. Çünki bu dövlətlərin birgə qərarı əsasında reallaşacaq. Qeyd etdiyimiz kimi, Rusiyanın başçılıq etdiyi bir təşkilatda Ermənistan hər hansı bir məsələyə etiraz edə bilməz. Əgər, Rusiya Azərbaycanı bu təşkilata dəvət etsə, Ermənistanın bu məsələdə deyəcək heç bir sözü olmayacaq. Çünki Ermənistan daima Rusiyanın təsiri və təzyiqi altında olan bir dövlətdir. Buna görə Rusiyanın verdiyi qərarların əleyhinə çıxması real görünmür.
Siyasi baxımdan Rusiyanın diktəsi ilə fikirlərini ifadə edə bilməyən Ermənistan iqtisadi baxımdan da ittifaq daxilində böyük nüfuza malik deyil. Dünya Bankının ölkələrin Ümumi Daxili Məhsulunun (ÜDM) həcminə görə, 2014-cü ildə açlıqladığı rəqəmlərə nəzər saldıqda görərik ki, Ermənistan post - sovet ölkələri arasında sonuncu yeri tutur.
Ermənistan keçmiş sovet respublikaları arasında ən aşağı göstəriciyə malik olmaqla bərabər (10 milyard dollar) ÜDM həcminə görə dünyada 135-ci yerdədir. Bu baxımdan Azərbaycan və Ermənistan ÜDM-ini müqayisə etsək, Azərbaycanın Ermənistanı 7 dəfə qabaqladığının şahidi olarıq. Azərbaycan 75 milyard dollarla post-sovet məkanı ölkələri arasında 4-cü yerdədir.
Ümumilikdə isə ittifaqa daxil olan ölkələrin yerləşdiyi regionlara nəzər saldıqda Ermənistanın bu təşkilata üzvülüyü sual altında qalır. Çünki ilkin mərhələdə Gömrük İttifaqı adlandırılan bu təşkilata daxil olan dövlətlərlə heç bir quru sərhədi yoxdur. Ona görə də Ermənistan ittifaqda ciddi iqtisadi və siyasi fiqur ola bilməz. Amma Ermənistandan fərqli olaraq Azərbaycan bəzi təşkilat dövlətləri ilə birbaşa quru və su sərhədinə malikdir.
Məsələn Azərbaycan İttifaqın əsas fiquru Rusiya ilə həm su, həm də quru sərhədinə malikdir. Ona görə də Azərbaycanın bu təşkilata hazırda iqtisadi tənəzülü ilə yük olan Ermənistandan daha çox fayda gətirə bilər. Belə bir iqtisadi imkanları olmayan dövlətin Azərbaycanı təşkilatın sıralarına daxil olmağa maneə törədə biləcəyi real görünmür. Ermənistan Azəbaycanın qarşısını yalnız işğal etdiyi Dağlıq Qarabağ vasitəsi ilə kəsə bilər. Amma faktlar göstərir ki, Dağlıq Qarabağ işğaldan azad olunmayınca Azərbaycanın bu təşkilata daxil olması mümkünsüzdür.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52