Fazil Məmmədov bölgələrdəki işçilərinə nəzarəti artırır
14:39 07-11-2015
CƏMİYYƏT
Vergilər Nazirliyində yaradılan yeni idarənin sirri
Vergilər Nazirliyində Ərazi vergi orqanları ilə iş üzrə idarə yaradılıb. Qurumun məlumatında deyilir ki, məqsəd ərazi vergi orqanlarının fəaliyyətinə nəzarətin səmərəliliyinin artırılması, vergilərin tam həcmdə və vaxtında ödənilməsinin təmin olunması, yerlərdən daxil olan vətəndaş müraciətlərinə baxılmasına nəzarətin gücləndirilməsidir.
Yeni idarə nazirliyin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin, audit və operativ nəzarət sahələri üzrə müşavir xidməti şöbəsinin, habelə audit və operativ nəzarət sahələri üzrə nazirin müşaviri vəzifələrinin ləğv olunması və onların ştat vahidləri hesabına formalaşdırılıb.
Ərazi vergi orqanları ilə iş üzrə idarədə neçə işçi olacağı bildirilmir.
Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə idarənin rəisi vəzifəsinə İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəis müavini vəzifəsində çalışmış Elçin Bəylərov təyin edilib.
Bir sözlə, görünən odur ki, yeni idarəni yaratmaqla vergilər naziri Fazil Məmmədov əyalətlərdəki işçiləri üzərində nəzarəti artırmağı hədəfləyib. Ehtimal etmək olar ki, bununla da o, özünə və Vergilər Nazirlyinə qarşı artan narazılıqları azaltmaq istəyir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 15:49:24
2024-12-28 15:31:12
2024-12-28 15:28:26
2024-12-28 15:10:46
2024-12-28 15:03:03
2024-12-28 14:54:15
2024-12-28 14:48:10
2024-12-28 14:35:35
2024-12-28 14:00:04
2024-12-28 13:35:03
2024-12-28 13:32:34
2024-12-28 13:24:18
2024-12-28 13:18:35
2024-12-28 12:42:32
2024-12-28 12:41:00
2024-12-28 12:17:49
2024-12-28 12:15:07
2024-12-28 11:45:52
2024-12-28 11:11:11