İcra başçısının Eldar Mahmudova yaxınlığı təkzib olundu
14:44 07-11-2015
CƏMİYYƏT
İsmayıllı Rayon İcra Hakimiyyətindən rəsmi açıqlama verildi
İsmayıllı Rayon İcra Hakimiyyətinin mətbuat xidməti icra başçısı Mirdamət Sadıqovun MTN-in keçmiş şefi Eldar Mahmudova yaxınlığı barədə bəzi KİV-lərin iddialarını təkzib edib.
Mətbuat xidmətindən "Unikal"a verilən açıqlamada bildirilib ki, hazırda rayonda bütün məsələlər icra başçısı Mirdamət Sadıqovun nəzarətində saxlanılır, rayon əhalisinin İcra Hakimiyyəti ilə təmas qurmasında problem yoxdur, neqativ halların yaranmaması üçün təxirə salınmaz tədbirlər həyata keçirilib..
"Məlumat üçün bildiririk ki, Mirdamət Sadıqovun "birliyant biznesi" yoxdu, Seva adlı xanım tanımır. Bu fikirləri mətbuatdan oxuyub təəssüf hissi ilə qeyd edirik ki, onun MTN-nin keçmiş rəhbəri Eldar Mahmudovla yaxın münasibəti olmayıb. Bunu da mətbuat düzgün yazmayıb. Eldar Mahmudovun atası Əhməd Mahmudovun 89-cu yubiley konfransının Gəncə Aqrar Universitetində məxsusi keçirilməsinə dair irəli sürülən fikirlər də həqiqəti əks etdirmir. Mirdamət Sadıqov rektor olduğu 2012-ci ildə Aqrar Universitetdə Əhməd Mahmudovun yubiley konfransının keçirilməsi baş verib. Əhməd Mahmudova həsr olunan konfrans ölkədə fəaliyyət göstərən 14 ali məktəbdə ,o cümlədən, Gəncə Aqrar Universitetində keçirilib. O zaman Mirdamət Sadıqov bu yubiley konfransına hər hansı məxsusi yanaşma nümayiş etdirməyib".
İcra Hakimiyyəti KİV nümayəndələrinə yalan məlumat yaymamağı, məsuliyyətli davranmağı tövsiyyə edib.
Elvin
Digər Xəbərlər
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07