"Azərbaycanda intellektli adamları qorumaq ən vacib şərtdir"
08:13 12-11-2015
CƏMİYYƏT
Əli Abbasov: "Bu gün əsas məsələ formalaşan beyin axınını Azərbaycanda saxlamaqdır"
Onlayn beyin axınının qarşısının alınması istiqamətində Azərbaycanda önəmli addımlar atılır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir bunu Əli Abbasov bu fikri "Azərbaycan elmi və yüksək texnologiyaların inkişafı" mövzusunda çıxışında qeyd edib.
O bildirib ki, ölkə başçısının həyata keçirdiyi siyasətin bir istiqaməti intellektual insan resurslarının məşğulluğa cəlb olunmasıdır: "Bu, yeni bir formada həyata keçirilir. Cənab prezidentin çıxışında qeyd etdiyi kimi, texnoparkların, güzəştli iqtisadi zonaların yaradılması həm daxili, həm də xarici investorların sənaye potensialının gücləndirilməsinə yönələn investisiyalar bu siyasətin əsasını təşkil edir. Bu yanaşma investisiyaları genişləndirmək üçün yeni maliyyə resurslarının artırılması məqsədi daşıyır. Bu, ümumi dövlət investisiyasından başqa müxtəlif fondlar vasitəsilə innovativ texnoloji inkişaf üçün stimullaşdırma siyasəti yolu ilə reallaşdırılır".
Nazirin sözlərinə görə, intellektual mülkiyyətin qorunması startapların yaradılması və bu istiqamətdə aparılan işlər buna əyani sübutdur: "Burada əsas məsələ formalaşan beyin axınını Azərbaycanda saxlamaqdır. Daha doğrusu, bu gün beyin axınının yeni bir formasının – onlayn, yəni internet üzərindən beyin axınının qarşısını almaqdır. Artıq bir çox ölkələrdə təhlillər göstərir ki, hər bir mütəxəssis internet üzərindən digər ölkələrə öz əməyini daşıyır.
Biliyi, ümumiyyətlə, satın almaq olar, burada patentlərin , ixtiraların və məqalələrin alınmasını nəzərdə tuturam. Amma bilik, intellekt daşıyıcısı olan insanı qorumaq ən vacib şərtdir ki, bu istiqamətdə də önəmli addımlar atılır".
Aytən
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:24:12
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28